Xəbərlər

“Qonşu ölkələrlə imzaladığımız protokollar əsasında Arazın suyu Urmiya gölünə axıdılacaq”

Əlirza Daimi: “Urmiya gölü qapalı bir su hövzəsidir və kənar təsir də çox tez bir zamanda özünü göstərir. Digər su hövzələri ya dənizə bağlıdırlar, ya da Urmiya gölünün təbii şəraitinə malik deyillər”. 

İran İslam Respublikasının Energetika Nazirinin Proqramlaşdırma və iqtisadi məsələlər üzrə müavini Əlirza Daimi bildirib: “Urmiya gölünün əvvəlki vəziyyətinə qayıtması üçün möcüzə gözləməməli, birlikdə işləməliyik”.

Onun sözlərinə görə, Araz çayından Urmiya gölünə suyun axıdılması İran İslam Respublikasının həll yollarından biridir: “İran İslam Respublikası qonşu ölkələrlə imzaladığı protokollar əsasında Araz çayının suyunu Urmiya gölünə axıdacaq. Ancaq bu addım da kifayət deyil. Bəzi layihələr də sırf bu bölgənin içməli su, sənaye və kənd təsərrüfatında olan ehtiyacını təmin etmək məqsədi daşıyır. Yəni Urmiya gölünün nicatı üçün həll yolu hesab edilmirlər”.

Nazir müavini vurğulayıb ki, Urmiya gölündəki ekoloji fəlakətə oxşar problem başqa yerlərdə də mövcuddur: “Urmiya gölü qapalı bir su hövzəsidir və kənar təsir də çox tez bir zamanda özünü göstərir. Digər su hövzələri ya dənizə bağlıdırlar, ya da Urmiya gölünün təbii şəraitinə malik deyillər”.

abna

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button