ArxivXəbər lentiXəbərlər

QMİ-dən şərab şüşəsinin üzərindəki hicablı qız təsviri ilə bağlı açıqlama

Həftənin şənbə günü redaksiyamıza daxil olan şikayət əsasında araşdırma apararkən məlum oldu ki, Bakının Suraxanı rayonu ərazisində fəaliyyət göstərən mağazalardan birində müsəlmanların heysiyyatına toxunulub.

Belə ki, mağazada satılan və Qəbələdəki şərab zavodlarından birində istehsal edilən şərab şüşəsinin üzərinə hicablı qız təsviri vurulub. Baş verən hadisə dindarlar tərəfindən böyük narazılıqla qarşılanıb. İslamda spirtli içkinin haram buyurulduğu halda bu hadisənin bilərəkdən və ya ehtiyatsızlıqdan törədildiyi hələlik  məlum deyil.

AzadXeber.az məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlayaraq mövqe öyrənməyə çalışıb. İdarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova hadisə ilə bağlı mətbuatdan xəbər tutduğunu bildirib. Lakin həcc mövsümü ilə əlaqədar işlərinin çox olduğunu əsas gətirərək bu barədə rəhbərliyə məlumat verə bilmədiyini vurğulayıb.

Rəhimə Dadaşova məsələni rəhbərliyin nəzərinə çatdıracağını deyib və QMİ-nin araşdırma apararaq mətbuata açıqlama verəcəyini diqqətə çatdırıb. Məlumat üçün bildirək ki, satışda olan şərabın istifadə müddəti də bitib. Bunu fotolardan aydın görmək mümkündür.

Ümid edək ki, müsəlman ölkəsi olan Azərbaycanda baş verən bu hadisə dərindən araşdırılacaq və inanclıların heysiyyatı ilə oynayan “işbazlar” əməllərinə görə cəzalanacaqlar.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button