ArxivXəbər lentiXəbərlər

Qız uşaqlarının açıq-saçıq geyindirilməsi doğrudurmu? – “Qızın açıq geyinən anası varsa…”

  • Son zamanlar valideynlərin 10-15 yaşlı qız uşaqlarını açıq-saçıq geyindirdiklərinin, hətta makiyaj etdiklərinin şahidi oluruq. Qız uşaqlarının saçını rəngləmək, yaşından böyük görünməsinə çalışmaq doğrudurmu?

Metbuat.az saytı bununla bağlı psixoloqların fikirlərini öyrənib.

Uşaq psixoloqu İlhamə Musaqızı bildirib ki, qızları kiçik yaşdan necə formalaşdırırıqsa, böyüdükdən sonra da xarakteri o cür qalacaq:

“Kiçik yaşlı qızları açıq-saçıq geyindirmək, makiyaj etmək, böyük qız kimi geyindirmək, saçlarını rəngləmək doğru deyil. Şəxsiyyət olaraq buna qarşı deyiləm, psixoloq olaraq qarşıyam. Çünki biz onları gələcək həyata yaxşı formada hazırlamalıyıq. Kiçik yaşlı qız gəlinciklə oynamalıdır, ona sosial vərdişlər öyrədilməlidir. Dediyim kimi, uşaq kiçik yaşlarında nəyi görürsə, toplumdan da onu götürür. Qızın əgər açıq-saçıq geyinən anası varsa, kiçik yaşdan qızı açıq geyindiriblərsə, böyüyəndə də bu cür geyinmək istəyəcək. Düzdür hər kəs geyimində azaddır, amma nəzərə almalıyıq ki, uşaqları belə geyindirmək yanlışdır. Bu qızın gələcəkdə əsl xanım kimi formalaşmasında mənfi rol oynayır. 14-15 yaşlı qızları aşırı bəzəndirmək, makyaj etmək doğru deyil. Bunun əziyyətini valideynlər sonradan çəkirlər. Yaxşı olar ki bu yaşlarda uşağın kitaba, təhsilə marağını yaratsınlar. Uşağın inkişafı ilə məşğul olmaq, maraq göstərdiyi dərnəklərə yazdırmaq lazımdır”.

Psixoloq uşaqları kənar təsirlərdən qorumaq barədə isə bunları deyib:

“Bu indiki dövrdə ən çətin məsələlərdən biridir. Bəzən valideynlər deyirlər ki, “bu uşağın nə atası, nə əmisi, belə deyil, bilmirik uşaq kimə çəkib”. Belə şikayətlər çox olur və əslində burada əsas problemlər uşağın düşdüyü mühitdir. Valideyn uşağın mühiti ilə maraqlanarsa, uşaq məktəbdən, dərnəkdən gəldikdə orada özünü necə apardığını maraqlanarsa, telefonlardan necə istifadə edirlər, hansı videolara baxırlar deyə maraqlanarsa uşağı o zaman mühitin pis təsirlərindən qoruya bilər. Əsasən uşağın keçid dövründə valideynlər diqqətli olmalıdır. Uşağın kimlərlə yoldaşlıq etdiyini bilməlidirlr. Amma valideyn ilk öncə uşağı özündən qorumalıdır. Valideyn özü uşağa nümunə olmalıdır”.

Psixoloq Gülnar Orucova isə bildirib ki, qız uşağının açıq-saçıq geyindirilməsi nəticəsində qıza müxtəlif təkliflər olunur, nəticədə o səhvə yol verir ki, bu da bəzən intiharlara gətirib çıxarır:

“Son zamanlar görürəm ki, qız uşaqlarını milli rəqslərdən çox xarici, ariental rəqslərə cəlb edirlər. 15 yaşından aşağı olan, yəni uşaq sayılan qızları bəzəndirmək, makyaj etmək doğru deyil, amma indi bunu edirlər. Bu zaman həmin uşaq artıq böyük olduğunu düşünür, səhvlərə yol verir. Hər şey zamanında yaşansa daha yaxşı olar. Qız uşağının açıq saçıq geyindirilməsi həm də qarşı cinsin diqqətini cəlb edir. Ona görə də uşaqları yaşından böyük geyindirmək, yaşından böyük yerlərə aparmaq qətiyyən olmaz, amma indi valideynlər bununla fəxr edirlər”.

 

Psixoloq həmçinin deyib ki, qız uşağı kiçik yaşlarından ailədə necə formalaşsa, gələcəkdə cəmiyyətdə də o şeylərə maraq göstərəcək:

“Uşağın xarakteri anadan olandan formalaşmağa başlayır və 6 yaşına qədər davam edir. Təbii ki, xarakterin formalaşmasında valideynlərin və mühitin rolu böyükdür. Genetika da burada rol oynayır. Uşaq nəyi görürsə, onu da götürür. Uşaq ailəsində gördüyünüdə cəmiyyətə aparır. Hər zaman deyirəm, əgər uşağınızı tərbiyə etmək istəyirsinizsə, ilk öncə özünüzü tərbiyə edin. İnsan 7-sində nədirsə 70-ində də odur. Bir insanın xarakterini dəyişmək mümkünsüzdür”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button