ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qırmızı xətt başa düşməyən dövlət başçısı

Siyasətdə “qırmızı xətt” tərəflərdən birinin dözüm sərhəddini ifadə edən termindir. İctimai münasibətlər sisteminin siyasəti yönəldən faktor olduğu dövlətlərdə qırmızı xəttlərin qorunması həmin dövlətlərdə ictimai-siyasi sabitliyin bazisidir.
Hətta avtoritar rejimlərdə ictimai müqavimətlə qarşılaşacağı şübhə doğurmayan qərarlar birbaşa qəbul edilmir. Addım-addım, nəbz yoxlaya-yoxlaya və növbəti addımın problem yaradacağı yerdə dayanırlar – sonrakı addımın özləri üçün təhlükə yaradacağını dərk edirlər.

Və “hər şeyi edə bilərəm” illüzion əminliyinin prezidentdən sıravi polisə qədər bütün dövlət strukturlarını sarması artıq belə rejimlərin sonunun sonudur. İndiyə qədərki bütün sonların sonu üçün xarakterik olan sistem çöküşü, dəngələrin büsbütün pozulması da göz qabağındadır – Yuxarıda oturanlar ölkənin daşını, torpağını, suyunu dədələrinin malı hesab edirlər. Ortada oturanlar xalqa, məsələn, “sən hansı gününə qudurmusan taksidə gəzirsən” deməyə cürət edə bilirlər. Polisin də əlində olanı dubinkası və bibər qazıdır – hara gəldi çırpır, fısqırdır.
Amma hamısı fərqindədir ki, xalq kütləsinin qətiyyətinin qırılması, müqavimət qabiliyyətinin süngüylə yenilməsi o demək deyil ki, dövlət arıq eşşəyin yaylağıdır. Yoxsa prezident analoqsuz inkişaf nağıllarının, polis isə qara dəbilqənin arxasında gizlənməzdi. Dərk edirlər ki, səbir kasası dibsiz deyil.
Gədəbəydə Söyüdlü olayları gələcək ümumxalq etirazların ilk qaranquşudur. Davamı gələcək, artan dinamika ilə gələcək, ölkəni bürüyəcək. Çünki hərislik və cəzasızlıq bu rejim sahiblərinin gözünü elə qapadıb ki, narazılıqları etiraz selinə çevirəcək həddləri görmək qabiliyyətini itiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button