ArxivXəbər lentiXəbərlər

QAT üzvləri Kəlbəcər şəhidlərini yad edib

İslaminSesi.info. Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü Kəlbəcərin işğal edilməsinin 25-ci ildönümü günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanını ziyarət edib, kəlbəcərli şəhidlərin, digər şəhidlərin məzarları üzərinə gül qoyub, dualar oxuyublar.

QAT sədri Akif Nağı mətbuat üçün açıqlamasında bildirib: “Bu gün Şəhidlər Xiyabanında kəlbəcərli ictimaiyyət nümayəndələrinin, məktəblilərin, xaricdən gəlmiş turistlərin də ziyarət etdiklərini gördük. Bu, vacib məsələdir. Şəhidlərimizin xatirəsi hər kəs tərəfindən yad edilməlidir, bu, hər birimizin insanlıq borcudur. Kəlbəcər həm tarixilik, qədimlik, həm də strateji əhəmiyyəti baxımından vacib məntəqədir. Bunu düşmən də başa düşür və orada möhkəmlənməyə çalışır. Kəlbəcərin azad olunması danışıqlarda ən mühüm şərtlərdən biri olmalıdır. Eyni zamanda hərbi əməliyyatlar başlayarkən ilk növbədə azad edilməli məntəqələrdən biri Kəlbəcər olmalıdır. Bu gün həm də uğurlu Aprel döyüşlərinin ildönümüdür. Aprel döyüşləri daha geniş miqyasda davam etdirilməli, son qələbəyə çatdırılmalıdır.”

 

QAT Mətbuat Xidməti.

02 aprel 2018.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button