ArxivXəbər lentiXəbərlər

QAT erməni şahmatçılarının Bakıya gəlişinə etiraz aksiyası keçirib – FOTO

FaktXəbər-in verdiyi məlumata görə, Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü erməni şahmatçılarının Bakıya gəlişinə etiraz olaraq sərt aksiya keçirib. Aksiya iştirakçıları “Azneft” meydanı deyilən yerdə toplaşıb, Şahmat üzr Dünya Kubokunun açılış mərasimi keçirilən Beynəlxalq Muğam Mərkəzinin binasına doğru irəliləyiblər.

Binanın yaxınlığında polislər aksiya iştirakçılarının qarşısını kəsiblər. Aksiya iştirakçıları ilə polis arasında kəskin qarşıdurma yaranıb. QAT üzvləri “Rədd olsun ermənilər!”, “Siz idmançı deyilsiniz, terrorçusunuz!”, “İşğalçı rejimin nümayəndələrinə yox deyirik!” şüarları səsləndirilib, plakatları qaldırılıb.

Polis özünü çox kobud apararaq, plakatları alıb cırıb, adamlara fiziki təzyiq göstəriblər, erməni bayraqlarını yandırmağa imkan verməməyə çalışıblar. Aksiya iştirakçıları polisin müqavimətini qırıb, mərasim keçirilən binaya daxil olmağa çalışıblar, polislər onların qarşısını çətinliklə ala biliblər. Aksiya iştirakçıları erməni bayrağını cıraraq ayaqları ilə tapdalayıblar. Polis aksiyanın dayanmadığını görərək iştirakçılardan 8 nəfəri, Akif Nağı, Nəsib Cəfərov, Hüseyn Hüseynov, Cəfər Həşimov, Solmaz Alıyeva, Elşad Əliyev, Barat İmani, Fərrux Qasımovu saxlayaraq Səbayıl polis idarəsinə aparıblar.

Aksiya iştirakçıları bildiriblər ki, erməni şahmatçıları ölkəni tərk edənə qədər etirazlarını ən müxtəlif formalarda davam etdirəcəklər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button