ArxivXəbər lentiXəbərlər

Qasim Süleymani ilə Ərdoğan arasında Ankarada görüş keçirilib

İran İslam İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı general-mayor Qasim Süleymaninin ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyü barədə məlumat yayılıb.

Bu barədə Türkiyənin “Qüds TV” televiziya kanalının jurnalisti İslam Özkan öz Tvitter səhifəsində məlumat verib.

O bildirib ki, özünün də qatıldığı konfransda Fələstinin HƏMAS müqavimət hərəkatının idarəedicilərindən biri olan Əli Bərəkət çıxış edərək, ötən il Qasim Süleymani ilə Rəcəb Tayyib Ərdoğanın Ankarada görüşünü təşkil etdiyini açıqlayıb. Əli Bərəkət görüş zamanı tərəflərin razılığa gəldiyini qeyd edib.

HƏMAS lideri əldə olunan razılaşmanın bəzi qərb ölkələrinin Suriya müxalifəti üzərində təzyiqi səbəbiylə uğursuzluğa düçar olduğunu sözlərinə əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button