ArxivXəbər lentiXəbərlər

Tbilisidə Xanım Zeynəblə (s.ə) bağlı beynəlxalq seminar keçirilib – Foto

Tbilisidə “Qadının dəyəri və Dəyərli qadın” mövzusunda elmi seminar təşkil olunub
 

İslamazeri.az-ın verdiyi xəbərə görə, Hz. Zeynəbin (s.ə) vəfatı ildönümü günü BGMİnin nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə Tbilisi Cümə məscidinin iclas zalında “Qadının dəyəri və Dəyərli qadın” mövzusunda elmi seminar təşkil olunub.
Quranın tilavəti ilə başlayan seminarda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Ali dini rəhbər Ayətullah Seyyid Əli Xameneinin nümayəndəsi Seyyid Əli Əkbər Ocaq Nejat, Əhlibeyt məddahı İmani Nejad, Qadınlar İcmasının üzvləri Lalə Süleymanova, Emilya Səfərova, Esmira nəsibova və başqaları çıxış ediblər.
İki saat sürən seminarda İslamda qadının məqam və dəyəri və dinimizin baxışında dəyərli qadının xüsusiyyət və özəllikləri mövzusunda çıxışlar edilib. Xanım Zeynəbdən (s.ə) alınan dərslər və bu Kərbəla qəhramanının simasında imanlı, iffətli, izzətli, şərafətli və qəhərman qadın haqda söhbətlər edilib.

Seminar Xanım Zeynəbin (s) adına ehsan süfrəsi açıldıqdan sonra dualarla sona çatıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button