ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Cənubi Afrikada İslamofobiya ilə mübarizə kampaniyası başladı

Avropa, Afrika və Orta Şərqdə yaranmış böhran, miqrant axını və terror hücumları səbəb olub ki, insanlarda müsəlmanlar və İslam əleyhinə daha çox nifrət və həssaslıq yaransın və bu nifrət dolu dialoq mühiti hər gün çoxalmaqda və genişlənməkdədir.
Buna görə də müxtəlif ölkələrin müsəlmanları və beynəlxalq haqlar müdafiəçiləri və ictimai aktivistlər Cənubi Afrikada sosial şəbəkələrdə “Mən Müsəlmanam” (#I Am Muslim) devizi ilə Afrika, Avropa və Orta Şərqdə İslamofobiya və müsəlmanlar əleyhinə yaranmış və getdikcə artan nifrətli dialoqa qarşı mübarizə kampaniyası başladı.

Bu kampaniyanı Afrikanın ən məşhur NATİVE VML dicital marketin agentliyi (reklam və bazartapma şirkəti) və iqtisadi zülm və yoxsulluq ilə mübarizə (PSSOP) təşkilatı başlatmışdır.
Kampaniyanın hədəfi müsəlmanların əleyhinə yaradılmış mənfi fəza və məzhəbçi və irqçi təəssübkeşlik ilə mübarizədir. Bu kampaniyada öz ölkələrinin bayraqlarını başlarına şal edərək örtmüş müsəlman qadınlar şəxsi şəkillərini ictimai şəbəkələrdə paylaşırlar və həmçinin şəhər tablolarında və mətbu orqanlarda da paylaşılacaqdır. Bu iki simvolu (dini hicab və vətən bayrağı) müsəlmanlar və İslam mədəniyyəti əleyhinə yaranmış mənfi fikirləri insaların zehnində suallar yaratmaq ilə düşünməyə vadar edəcəkdir.

 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button