ArxivXəbər lentiXəbərlər

Qarabağı işğal altında olan Azərbaycan üçün Qüds Gününün əhəmiyyəti

İlqar İbrahimoğlu: “Mübarək Ramazan ayı mahiyyətcə bizlərdə təqvalılığı artırmaq üçündür. Qüds günü də məhz təqvalıların günüdür”

Hər il mübarək Ramazan ayının son cümə günü dünyada Beynəlxalq Qüds Günü kimi geniş qeyd olunur. “Qüds günü” ilk dəfə 1979-ci ildə İran İslam inqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. Bu gün müsəlmanlar meydanlara toplaşaraq Fələstinin İsrail tərəfindən işğal edilmiş ərazilərinin azad olunmasından və Müqəddəs Qüds məscidinin əsarətdən qurtulmasından ötəri yürüşlər, nümayişlər keçirirlər.

Bəs görəsən torpaqlarının 20%d-ən çoxu işğala məruz qalan müsəlman Azərbaycan xalqı üçün Qüds Günü hansı əhəmiyyət kəsb edir?

Qarabağı niyə itirdik? Zəngəzuru niyə itirdik? Vətəni niyə itirdik?
Bu itkilərin səbəbi nədir?!
Bu sualları İslamınSesinə mövzunu şərh edən “Cümə” məscidinin imam-camaatı, DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu ünvanlayıb və özü də maraqlı cavablar verib: “ Hərə bir səbəb göstərəcək. Kimisi siyasi amillərlə bağlayacaq, kimisi geopolitik oyunların nəticəsi kimi dəyərləndirəcək, bir başqası digər amillər arayacaq. Amma bu itkinin gerçək bir səbəbi var. Biz Şuşanı, Qarabağı ona görə itirdik ki, öz köklərimizlə bağlılığımızı itirmişik. Bu torpaqları quru coğrafi anlayışdan müqəddəs Vətən anlayışına qədər ucaldan öz vücudi kimliyimizi itirmişik. Və nə qədər tez bu kimliyimizi bərpa etsək, müqəddəs Vətən torpaqları bir o qədər tez azad olacaqlar”.

“Mübarək Ramazan ayının axırıncı cümə günü Beynəlxalq Qüds Günü kimi qeyd edilir. Mübarək Ramazan ayı ilə Beynəlxalq Qüds günü arasında birbaşa əlaqə vardır. Çox ciddi vicudi əlaqələri mövcuddur. Əlaqə bundan ibarətdir ki, mübarək Ramazan ayı mahiyyətcə bizlərdə təqvalılığı artırmaq üçündür. Qüds günü də məhz təqvalıların günüdür. Mübarək Ramazan ayının ana məqsədi, ana hədəfi – bizdən bəndə yetişdirməkdir. Qüds günü – bəndələrin günüdür. Qüds günü – Allaha bəndəlik etmək istəyənlərin günüdür. Ən əsas məsələ budur ki, biz bu günü tarixi bir gün kim yox, coğrafi, geopolitik bir gün kimi yox, Qüds gününü elə sırf ibadi, İslami bir gün kimi dərk edək”.

İlahiyyatçı-filosof bildirib ki, əslində Qüds günü – dünyada bütün İslam torpaqlarının işğalına “yox!” demə günüdür: “Bu anlamda Qüds günü həm də Qarabağ günüdür. Qüds günü – Şuşa günüdür, Ağdam günüdür. Bu gün təkcə Fələstin günü deyil, həm də Qarabağ, İraq, Əfqanıstan, Pakistan, Kəşmir, Myanma günüdür. Ümumən İslam torpaqlarının hər bir yerində ki, zülm edilir, hər yerində ki, müsəlmanların haqlarına təcavüz edilir, ümumən insanlıq adına təcavüz olunur, – Qüds günü həm də ora bağlıdır. Qüds günü – bütün zülmə məruz qalmış insanların günüdür. Allah dərgahında bir ay oruc tutmuş və mənəvi yüksəlişə çatmış insanın sözün həqiqi mənasında ilahi vətəndaşlıq günüdür Qüds günü!. Böyük ariflərdən biri buyurub: “Qüds günü – İslam günüdür”. İslam anlayışının içində nə varsa, Qüdsdə də o mövcuddur . Qüds günü istər maddi, istər qeyri-maddi bütlərini sındıranların günüdür”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button