ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Qarabağda rus dili “rəsmi dil” elan edilib

Qarabağda hələ də rus sülhməramlılarının məsuliyyət zonasında guya fəaliyyət göstərdikləri haqda rəy yaradan separatçılar keçmiş, qondarma, “dqr”də rus dilini “rəsmi dil” elan ediblər.

Qafqaz.ir  xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata əsasən, separatçıların qondarma “deputatları” guya bu barədə qərar verib.

Qeyd edək ki, Qarabağın rus sülhməramlılarının nəzarəti altında olan hissəsində erməni separatçıların destruktiv fəaliyyəti Azərbaycan Respublikasında ciddi qıcıq doğurmaqdadır. Azərbaycanlı ekspertlər bildirirlər ki, Ermənistanda belə ruscanı qadağan edən, rus kanallarının ölkədə yayımını dayandıran, bircə ədəd də rusdilli məktəbin fəaliyyətinə imkan verməyən Ermənistan hakimiyyəti Azərbaycanın hazırda rus sülhməramlılarının nəzarəti altında olan hissəsində Rusiyaya “jest” etmək yolunu seçərək, mümkün bütün vasitələrlə Kremlin dəstəyini almağa və separatçı fəaliyyətini davam etdirməyə çalışır.

Bu arada ermənilərin Qarabağa köçürülməsi prosesi başa çatıb. Rusiya sülhməramlı kontingentinin dəstəyi ilə 14 noyabr 2020-ci ildən başlayan köçürülmə nəticəsində 52.700 erməni geri qayıdıb. Artıq uzun müddətdir ki, rus sülhməramlı kontingenti gündəlik xəbər bülletenində ermənilərin Qarabağa qaytarılması barədə heç bir məlumat vermir və say da bununla kifayətlənib.

Ancaq Bakupost qəzeti xəbər verir ki, buna baxmayaraq, Ermənistan guya 25-30 min Qarabağ ermənisinin hələ də İrəvanda və ətraf ərazilərdə yaşadığı haqqında dünən məlumat yayıb.

Ermənistan bütün vasitələrdən istifadə edərək, Qarabağa daha çox erməni köçürməyə və burda məskunlaşanların sayını heç olmasa 100 minə çatdırmağa çalışır. Bunun üçün hazırlanan “təşviq proqramı” icraya qoyulmuşdur. “Proqram” Qarabağa geri qayıdanlar üçün daha artıq dəstək vəd edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button