ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Qarabağda kazinoların fəaliyyəti göstərməsini təklifini edirəm” nə deməkdir?

Bu nə hörmətsizlikdir?

Bu nədir?
3.000 şəhidin qanı qurumayıb hələ. 1200 Qazi sağalmayıb hələ.
Nər kimi oğullar canlarından keçdi. Cavan gəlinlər başsız qaldı. Yüzlərlə körpə yetim qaldı. Neçə-neçə ana-bacının ürəyi partladı övladlarından sonra. Millətin dağ kimi balaları gözdən əlil olub, əl-qollarını itiriblər.
Budur şəhid analarına, qazilərə qoyduğunuz hörmət?
Camaatın balası şəhid oldu ki, siz Qarabağda kazino açasınız?
Siz bilmirsiniz ki, bu millətin mütləq əksəriyyəti müsəlmandır?
Bura Hollandiyadır yoxsa Danimarka?
Bir millət vəkilinin danışığına bir baxın. Siz xalqı-milləti təmsil edirsiniz yoxsa xalqı təhqir edirsiniz?
Bu ifadənizlə dərhal təkzib verməli və Azərbaycan xalqından xüsusilə şəhid analarından həmçinin qazilərdən üzrxahlıq etməlisiniz!
Dərhal!

Vüsal Nadiroğlu
Sosial psixoloq
Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button