ArxivXəbər lentiXəbərlər

Qarabağda döyüş gedir: 4 işğalçı məhv edildi

TR-107 qurğularından atəş açıldı.

Azərbaycan tərəfinin endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi həlak olub.

Qafqaz.ir xəbər verir ki, bu barədə erməni KİV-ləri xəbər yayıb.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbərdə deyilir:

“Ermənistan ordusunun cəbhə xəttinin şimal-şərq istiqamətində yerləşən hərbi hissələrindən birinin mövqeləri sentyabrın 25-də saat 17:30-da Azərbaycan ordusu tərəfindən raket-artilleriya zərbələrinə məruz qalıb. Atəş Türkiyə istehsalı olan TR-107 qurğularından açılıb”.

Məlumata görə, artilleriya zərbələri nəticəsində hərbi qulluqçular Norayr Xaçatryan (1995-ci il təvəllüdlü), Robert Mkrtçyan (1995), Arut Akopyan (1997) və Karen Şaginyan (1997) aldıqları ölümcül qəlpə yaralarından həlak olublar.

Başqa yaralılar da var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button