ArxivXəbər lentiXəbərlər

“Qarabağ musiqi qrupu” İrana gedir

Xalq Artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ musiqi qrupu” İran İslam Respublikasının paytaxtı Tehranda solo konsert proqramı ilə çıxış edəcək.

Bu barədə AZƏRTAC-a məlumat verən sənətkar deyib: “Konsertimiz dekabrın 8-9-da Tehranın “Talar” konsert salonda reallaşacaq. Biz bir neçə müddətdir ki, konsertə hazırlaşırıq. Konsertdə məni Əməkdar artistlər Elçin Haşımov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (balaban) və Kamran Kərimov (nağara) müşayiət edəcək. Konsert çərçivəsində xalq və bəstəkar mahnıları ifa etməklə yanaşı, muğam və təsniflərimizə də müraciət edəcəyik”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button