ArxivIslamXəbər lentiXəbərlər

Qar uçqununda ölən əsgərimiz DƏFN OLUNDU

Martın əvvəlində qar uçqununa düşərək həlak olan hərbçimiz, 1992-ci il təvəllüdlü Məmmədov Fərrux Fərman oğlu bu gün dəfn olunub. 
Modern.az xəbər verir ki, Gəncə şəhərindəki Şəhidlər xiyabanında keçirilən dəfn mərasimi izdihamla keçib. Xatırladaq  ki, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində öncə H.Abdullayevin nəşi tapılmış və  aprelin 14-də doğulduğu Qazax rayonu Yuxarı Salahlı kəndində dəfn olunmuşdu. Məmmədov Fərrux Fərman oğlunun nəşi isə aprelin 23-də tapılmışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button