ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Qaçırılması olay olan qadının həyatı TƏHLÜKƏDƏ – “Narkoman olduğuma dair saxta sənəd çıxarıblar”

Atası və nikahda olduğu ailəsi tərəfindən məcburi şəkildə maşına salınaraq qaçırılan 22 yaşlı Elvina Əhmədova ilə bağlı məsələ aktual olaraq qalır. Nikahda olduğu Əhmədovlar ailəsi tərəfindən şiddət gördüyü üçün boşanmaq istəyən qadının bu gün ikinci məhkəməsi baş tutub.

Məhkəmə yenidən təxirə salınıb və növbəti proses aprelin 3-nə təyin olunub.

Bu barədə Bizim.Media-ya Elvina Əhmədova məlumat verib. O, həyatı üçün təhlükə yarandığını və qorxu içində yaşadığını da dilə gətirib. Həftələrdir övladının üzünü görməyən çarəsiz ana övladına qovuşmaq üçn sonadək mübarizə aparacağını deyib:

“Qaçırılma olayına görə atam, qaynanam və ərimə Qaradağ Rayon Prokurorluğunda cinayət işi açılıb. Övladımın onlarda qalması nə qədər doğrudur? Ata, nənə və baba cinayətkar olaraq tutulacaqsa, övladım kimə verilməlidir? Mən varamsa, övladım məndə olmalıdır.
Məhkəmə isə boşanma işinə baxır. Övladımın mənə verilməsi ilə bağlı iddia qaldırmalıyam. Bu isə uzun prosesdir. Bir ana kimi aidiyyəti qurumlardan kömək istəyirəm. 25 gündən artıqdır ki, övladımdan xəbərim yoxdur. Mən xadimə işləyib uşağımı saxlayanda, ərim restoranlar qızlarla yeyib-içirdi”.

Elvina Əhmədova boşanma ilə bağlı keçirilən məhkəmə proseslərinin də uzadıldığından şikayətlənib.

O, deyib ki, qarşı tərəf onun guya narkoman olduğu barədə saxta sənəd çıxartdırıb və məhkəməyə təqdim edib:

“Bu gün keçirilən məhkəməyə də gəlmədilər. Yalandan ərizə göndəriblər ki, guya səhhətlərində problemləri var və maddi durumları çətindir. Maddi durumu çətin olan aylığı 600 manat olan evdə kirayə qalar? Ağdam rayonundakı klinikalardan birindən guya narkoman olduğum barədə saxta sənəd alıblar. Hansı həkim verib, bu sənədi bilmirəm.

Halbuki bu yaşıma kimi Ağdamda olmamışam və adım həmin rayonun qeydiyyatında belə olmayıb.

Əlaqədar qurumlar bu məsələni araşdırsın. Saxta sənəd verən xəstəxana rəhbərliyi və həkim məsuliyyətə cəlb olunsun. Atam iddia edir ki, narkotik qəbul edirəm. Yoxlasınlar. Özüm isə narkoloji  testlərdən keçmişəm, saxta deyil, real sənədləri məhkəməyə təqdim etmişəm”.
Elvina Əhmədova övladının nikahda olduğu ailədən alınıb ona verilənə qədər mübarizə aparacağını və yenidən Daxili İşlər Naziliyinə, Respublika Prokurorluğuna müraciət edəcəyini bildirib:

“Mən ana qayğısı görməmişəm. İmkan vermərəm ki, o da anasız qalsın. Nömrələrimi bloka atıblar. Öz nömrələrini isə dəyişiblər. Nə yediyimi, içdiyimi bilmirəm, uşağımı onlardan alana qədər geri çəkilməyəcəyəm”.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button