ArxivXəbər lentiXəbərlər

Seçki təbliğatı, yoxsa gerçəklik?

Akif Heydərli: “Liderlik və hakimiyyət maraqları Türkiyədə müsəlman dünyasının taleyüklü maraqlarını üstələyir”

“Türkiyədə prezident seçkisi arxada qaldı. Rəcəb Tayyib Ərdoğan qalib çıxdı. Rəsmi Ankaranın beynəlxalq məsələlərdə və müsəlman aləmində baş verən qlobal və olduqca aktual məsələlərdə hansı mövqe sərgiləyəcəyi, Ərdoğanın seçkiyə qədərki məntiqini qoruyub qorumayacağı maraqlıdır. Qeyd etməliyik ki, İsrailin Qüdsə münasibəti, Qəzzada törətdiyi soyqırım yaddan çıxan məsələyə bənzəmir və hər bir özünə müsəlman deyən ümməti incitməli, ciddi narahat etməlidir, hətta hakimiyyət itkisi bahasına olsa belə”.

Bu sözləri Azərbaycan İslam Partiyasının (AİP) funksioneri Akif Heydərli Türkiyənin yeni seçilən prezidenti R.T.Ərdoğanın müsəlman dünyasındakı mövcud problemlərə yanaşmasının dəyişib dəyişməyəcəyi ilə bağlı məsələyə münasibətində ifadə etdi:

“Ərdoğanın dediyim məsələlərə ilkin münasibəti həqiqətən fərəh və ümidverici addım sayıla bilər. İsrailə qarşı bəyanatlar, müsəlmanların düşməni olan ölkənin səfirinin Türkiyədən qovulması, İƏT-nın fövqəladə toplantısının çağırılması Ərdoğanın Davosda İsrail prezidentinə aqressiv həmləsini arxada qoydu. Nəticə hələ ki, Ərdoğanın müsəlman dünyasında güclü və iradəli lider imicini qazandırsa da, bəzi ərəb ölkələrinin İsrailə yarınması bu addımların təsir gücünü tam zəiflədə bildi. Elə bizim bəzi siyasətçilərimiz də Ərdoğanın addımlarını yersiz və hətta Türkiyəyə zərərli kimi qiymətləndirdilər”.

Bəzi qaranlıq məqamlara işıq salan siyasi ekspert vurğuladı: “İsrail baş naziri Benyamin Netanyahu bu ayın əvvəlində knessetdə bir jest etdi. O, Xarici İşlər Nazirliyinin Ərdoğana seçkidə kömək etməmək üçün məclisə təqdim olunan qanun layihəsinin təxirə salınması barədə tövsiyəsi ilə razılaşdı. Digər bir məsələ də “erməni soyqırımı” müzakirəsinin gündəliyə salınmasıdr ki, o da ayın 26-da nəzərdə tutulmasına baxmayaraq, qeyri-müəyyən vaxtadək uzadıldı. Hər halda İsrail “erməni soyqırımını” tanımaq üçün Vaşinqtondakı nüfuzundan istifadə edəcəyini də gizlətmir. Nəhayət, Ərdoğanın seçki təbliğatı dövründəki görüşlərin birində “bizim İsrailə ehtiyacımız var” deməsi çaşdırıcı oldu.

Bizə o da bəllidir ki, Türkiyə hələ 1949-cu ildən, yəni Fələstin böhranının yaranmasından bəri İsraillə iqtisadi və diplomatik əlaqə quran yeganə müsəlman ölkəsidir. Və bu gün də bu böhranın ən dözülməz, acınacaqlı dövrü, müsəlmanlar üçün müqəddəs Qüdsün sionizm tərəfindən özününküləşdirməsi faktıdır. Məncə, bu məqamda heç bir iqtisadi, siyasi, hakimiyyət maraqları problemin həlli qədər önəm kəsb etməməlidir. Amma görünən odur ki, liderlik və hakimiyyət maraqları Türkiyədə müsəlman dünyasının taleyüklü maraqlarını üstələyir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button