Şeir

qədəm at hüda yolunda

Bizi Əhli-Beytin eşqi rəhi-Həqqə doğru səslər
Seçilib Xuda tərəfdən çün imamətə o kəslər
Bu çıraği-dini-İslam Həq iradəsiylə yanmış
Onu ta çətin keçirtsin hər əsən soyuq nəfəslər
Gəl əsiri-nəfs olma,qədəm at hüda yolunda
Su dayanmadan axarsa nə edər bu xarü xəslər
Əsəfa, zəmanə içrə o zəlalətə sürüklər
Bəni-Adəmi dəmadəm bu həvavü həm həvəslər
Salıb əhli-eşqi yarın qəmi-hicri damigahə
Nə zaman gələr xilaskar o zaman sınar qəfəslər
O qiyamə az qalan gün yığılar onun yanında
Sayı üç yüz on üç olsa bax olardı dadrəslər
Şəhi-övliyadı Qaim,onu gözləyir Qəvimi
Hər an Əhli-Beytə qarşı ürəyində eşqi bəslər

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button