ArxivXəbər lentiXəbərlər

Qəbiristanlıqdan qorxmayanları Qobustanla qorxuda bilmərsən

Əgər sən ruhaniyə hörmətsizlik edirsənsə öz ata-anana hörmətsizlik edirsən

Ötən gün Cümə namazında ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadə, həbsdə olan ruhanilərə edilən təzyiqlərdən söz açıb.

Cenubnews.com İnternet Qəzeti xəbər verir ki,xətib qeyd edib ki,”bu günlərdə bizim alimlərimizə, ruhanilərimizə təzyiqlər artmışdır.Bu hamını narahat etdiyi kimi bizi də narahat edir.Çox narahat edici bir məsələdir.Kökündə bunun bir məsələ durur.O da bundan ibarətdir ki, bəziləri istəyir ruhanilərimizi əfvə məcbur etsinlər.Çünki onlar, bir mənalı olaraq bildiriblər ki, biz əfv ərizəsi yazmarıq.Onları bu çətin vəziyyətə salıb, onlara məhdudiyyət yaradıb, onlardan əfv ərizəsinə razılıq istəyirlər.Dəhşətli bir əfvdir.Mən səni əfv edirəm bu şərtlə ki,sən sınmalısan.Mən səni əfv etmək istəyirəm bu şərtlə ki, sən mənim cinayətlərimi təsdiqləməlisən.Bu şiə tarixində görünməyib görünməyəcəkdir….Heç bizim adi möminlərimiz belə əfv imzaları atmamışdılar.Bir insan ki, qəbiristanlıqdan qorxmayıb,”ölümdən qorxmamaq yəni qəbiristanlıqdan qorxmursan” sən onu Qobustanla qorxuda bilərsən?!Qəbiristanlıqdan qorxmayanları necə Qobustanla qorxuda bilərsən?!Və sən ki, Qobustandan qorxursan qorx o gündən ki, qəbiristanlığa gedəcəksən.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button