ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qəzzədəki xəstəxanaların vəziyyəti fəlakətlidir

Əşrəf Əlqüdrət deyib: Xəstəxanaların sionist rejim ordusu tərəfindən bombalanması nəticəsində əlli bir təcili yardım maşını məhv edilib, yüz iyirmi səhiyyə müəssisəsi dağıdılıb, on səkkiz xəstəxana işini dayandırıb, qırx səhiyyə-müalicə müəssisəsi isə əlçatanlıqdan çıxıbdır.
Qəzzə səhiyyə nazirliyinin sözçüsü dünya ictimaiyyəti və onun bütün humanitar və insan hüquqları orqanlarından istəyibdir ki, səhiyyə sistemi və onun işçilərini qorusunlar ki, “mütləq-təhdid” olmadan öz vəzifələrini yerinə yetirə bilmiş olsunlar.
Əlqüdrət söyləyib: Qəzzə zolağının şimalında yerləşən “Kamal Ədvan” xəstəxanasında, İndoneziya xəstəxanasında, həmçinin “Əl-Şifa” müalicə kompleksində xidmətlərin dayandırılması üçün geri sayım qarşıdakı iyirmi dörd saatdan sonra başlanacaq.
Məlumatda deyilir: Sionist rejim ordusunun tankları   Qəzzə zolağında yerləşən Əl-Rəntisi, Ənnəsr və Əl-Əyun xəstəxanalarının ətrafında yerləşib və onları blokadaya alıblar.
Qəzzə zolağında yerləşən dövlət informasiya bürosu bir bəyanatda bildiribdir ki, sionist rejimin bu zolağa qarşı təcavüzlərinin başlandığı zamandan bəri, Qəzzə zolağına otuz iki min tona yaxın partlayıcı maddə, on üç mindən çox bomba atılıb; bu da hər kilometrdə ortalama, səksən yeddi ton deməkdir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button