Netanyahunun fələstinlilər əleyhinə soyqırımı müharibəsində Qəzzə zolağında 15 min uşaq şəhid olub və minlərlə uşaq itkin düşüb və yaralanıb.
Əl Aləm teleanalının məlumatına əsasən, işğalçı rejimin baş naziri Benyamin Netanyahunun uzun illər səylərindən sonra uşaq qatili olması xarakteri üzə çıxdı və Qəzzə zolağında körpələri qanına qəltan etməkdədir.
Qəzzəyə vəhşicəsinə hücumlar dünya miqyasında Netanyahunun həqiqi üzündəki maskasını düşürtdü və artıq bütün dünya onun heç kəsə rəhm etmədiyini anladı.
İnsan haqları zəminində fəaliyyət göstərən beynəlxalq təşkilatlar isə Qəzzə zolağının böyük bir uşaq qəbristanlığına çevrildiyini gizlətmir, qalan körpə uşaqlarınsa aclıq və susuzluqdan acınacaqlı vəziyyətdə olduqlarını car çəkirlər.
Beynəlxalq təşkilatların hesabatına görə işğalçı rejim hərbçiləri tərəfindən qətliam edilir, təhlükəli həyat sürür və körpə qidası çatışmazlığından ölüm təhlükəsi altındadırlar. Belə ki, bu vəziyyəti təsəvvür etmək belə çətin olduğu halda, beynəlxalq təşkilatların canlı müşahidəçiləri soyqırımının körpələr üzərində fokuslandığını etiraf edirlər.