ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Qərb Bakını cəzalandırır? Avropalı deputatlar Azərbaycanlı məmurlara sanksiya tələb edir
Brüsseldə Avropa Parlamentinin bir qrup üzvü Azərbaycanda – onların ifadəsi ilə desək – fərqli fikrin bütün formalarına qarşı amansız repressiyaya dair birgə bəyanat verib.
Bəyanat müəllifləri ev dustaqlığına buraxılmış Qubad İbadoğlunun ibtidai istintaqının bir ildən artıq müddətə uzadılmasını və ona qarşı irəli sürülən ittihamları pisləyiblər.
“Biz təkrar edirik ki, Azərbaycan hakimiyyəti dərhal ona qarşı olan bütün ittihamları ləğv edin və təcili müalicə üçün xaricə getməsinə icazə verin”, – deyə bəyanatda vurğulanır.
Deputatlar həmçinin bildiriblər ki, onlar Azərbaycanda bütün tənqidi səslərə qarşı davamlı repressiyaları və ədalət mühakiməsinin sistemli şəkildə pozulmasını qətiyyətlə pisləyirlər.