ArxivXəbər lentiXəbərlər

Putinlə Paşinyan mayda görüşə bilər

Rusiya prezidenti Vladimir Putin və Ermənistanda müxalifət lideri Nikol Paşinyanın bu yaxınlarda görüşü planlaşdırılır.
Bu barədə qafqaz.ir rakurs.tv-ya istiada gore.Venediktovun sözlərinə görə, Paşinyan mayın 8-də Ermənistan parlamentində baş nazir postuna seçilərsə onun Rusiya prezidenti ilə görüşünün mayın 14-də Soçidə baş tutacağı gözlənilir.
Xatırladaq ki, Ermənistan parlamentdə çoxluğa malik olan Respublika partiyası Paşinyanın namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib. Bundan sonra Paşinyan tərəfdarlarını küçələrdən çəkib və onun yeni mesajlarını gözləməyə çağırıb.
Mayın 4-də isə onun Rusiyanın İrəvandakı səfiri İvan Volınkinlə görüşü olub. Bildirilir ki, bu görüşdə səfir Paşinyandan Gümrüdəki Rusiya hərbi bazasına dair qarantiya istəyib. O, səfiri Rusiya hərbi bazasına dair müqavilədə heç bir dəyişiklik etməyəcəyinə əmin edib. Bundan sonra Volınkin Paşinyana Rusiyanın da qarşılığında Ermənistandakı proseslərə qarışmayacağı vədini verib.
Lakin səfirlə görüşdən sonra Paşinyan iqtidar tərəfdarlarının yenidən aktivləşdiy barədə məlumatlar aldığını söyləyib və tərəfdarlarını yenidən küçələrə çıxmağa hazır olmağa çağırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button