ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Putin “Vaqner”in qiyamını xəyanət adlandırdı

“Rusiya Silahlı Qüvvələri qiyamı təşkil edənləri zərərsizləşdirmək üçün lazımi əmri alıb”
Rusiya Prezidenti Vladimir Putin “Vaqner” muzdlu hərbi təşkilatının son addımlarını “xəyanət” adlandırıb.
Bu barədə Rusiya dövlət başçısı xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, Rusiya qoşunları qəhrəmancasına döyüşür:
“İndi Qərbin bütün hərbi maşınları Rusiyaya qarşı yönəlib”.
O deyib ki, Rusiya Silahlı Qüvvələri qiyamı təşkil edənləri zərərsizləşdirmək üçün lazımi əmri alıb.

Vladimir Putin.

İyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin Rostov şəhərini ələ keçirdiyi bildirilir.
Məlumatı Rusiya mediası yayıb.
Bildirilir ki, hərbi qrupun təsisçisi Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinin nümayəndələri ilə qeyri-rəsmi danışıqlar aparıb və Sergey Şoyqunun ona təhvil verilməsini tələb edib.
O əlavə edib ki, muzdlular şəhəri “bağlayır” və Moskvaya “getməyə” hazırlaşırlar.
Voronej vilayətinin hakimiyyət orqanları artıq hərbi texnika karvanının bölgəyə doğru hərəkət etdiyini təsdiqləyib.
Rusiya Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərinə müraciət edib.
Nazirlik “vaqner”çiləri silahı yerə qoymağa və dislokasiya yerinə qayıtmağa çağırıb.
“Siz Priqojinin cinayətkar avantürasına aldanıb silahlı üsyanda iştirak edirsiniz. Bir çox yoldaşlarınız səhvlərini artıq anlayıb, daimi dislokasiya yerlərinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün müraciət ediblər. Artıq müraciət edən bütün döyüşçülərə, komandirlərə tərəfimizdən belə yardım göstərilib. Sizdən ehtiyatlı olmağınızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”, – deyə müraciətdə bildirilib.
Yevgeni Priqojin. Foto: “Reuters”
Rusiya Federal Təhlükəsizlik Xidməti isə silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.
“Priqojinin bəyanatları və hərəkətləri əslində Rusiya ərazisində silahlı vətəndaş münaqişəsinin başlanmasına çağırışdır və faşist Ukrayna qüvvələrinə qarşı döyüşən rus hərbçilərinin kürəyinə vurulan zərbədir”, – deyə onlar bildiriblər.
FTX həmçinin qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin “Vaqner” PMC-yə zərbələr endirməsi ilə bağlı yayılan geniş bəyanatlar həqiqətə uyğun deyil və təxribatdır.
Rostov sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, hazırda şəhərdə vəziyyət kritikdir, “Vaqner” qruplaşması şəhərə nəzarəti ələ alıb, küçələrdə hərbi texnika və tanklar var.
“Şəhərə tanklar girib, əhalinin mərkəzə giriş-çıxışı əngəllənib, tək-tük insanlara təcilidirsə mənzil başına getməyə izin verilib. Polislər inzibati binaların, körpülərin və önəmli obyektlərin qarşısında dayanıb, qoruyur”, – şəhərin azərbaycanlı sakini deyib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button