Xəbər lentiXəbərlər

Ermənistan polisi etiraz mitinqlərinin potensial iştirakçısı saydığı insanları şöbəyə dəvət edir.

Yerli hüquq-mühafizə heyvərələri şöbəyə gələnlərə etiraz aksiyalarına yaxın getməməyi tövsiyyə edirlər, deyirlər ki, orada başınıza hər cür iş gələ bilər. Polisdən deyirlər ki, əsas məsələ ağıllı olmaqdır və heç bir hay-küyə qoşulmamaqdır.
Erməni mətbuatı yazır ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Urixanyan tərəfindən respublika ombudsmanına göndərilmiş məktubda deyilir. “İstərdik ki, dərhal vətəndaşları polisdəki bu cür “profilaktiki” söhbətlərdən qoruyasınız”, – deyə məktubda vurğulanır. Deputat həmçinin ölkə hakimiyyətini günahlandırıb və bildirib ki, başda oturanlar etiraz aksiyasına gələnləri işdən çıxarmaqla hədələyirlər.
Urixanyan bildirib ki, hakimiyyətdəkilər insanları hətta ağır zəhmətlə əldə etdyi qəpik-quruşdan məhrum etmək istəyir.
Yada salaq ki, təxminən bir ay qabaq Ermənistan polisinin başçısı da müxalifətin və mitinq keçirənlərin ünvanına hədələr səsləndirmişdi. O, aşağıdakı sözləri demişdi: “Sizin qızmar payızınıza mənim buzlu duşum var. Əgər bu kömək eləməsə, mən sizə daha qızmar payız təşkil edəcəm”.
Polis məmurunun bu cür bəyanatı Ermənistanda həyəcan dalğasına səbəb oldu. Oktyabrın 10-a Ermənistanın 4 parlament partiyası ümumi respublika etiraz mtiniqi keçirməyə qərara alıblar. Onların tələblərindən biri ölkə rəhbərliyinin dəyişdirilməsidir.
Aydındır ki, hakimiyyətdə olanlar gözlənilən hadisələrdən çox qorxublar. Ona görə də “demokratik” Ermənistan ölkəsində ən sərt tədbirlərə əl atırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button