ArxivmədəniyyatQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Vaezi: İran-Azərbaycan Respublikası birgə komissiyasının iclası 2021-ci ilin yanvarında keçiriləcək

İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri 2021-ci ilin yanvarında İran və Azərbaycan Respublikasının İqtisadi əməkdaşlıq üzrə birgə komissiyasının iclasının keçiriləcəyini bildirib.

Qafqaz.ir xəbər veriri ki, İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri Məhmud Vaezi cümə axşamı günü IRNA-ya verdiyi müsahibədə Azərbaycan Respublikasının baş nazir müavininin İrana səfərinə işarə edərək bildirib ki, Azərbaycan Respublikası ilə Ermənistan arasındakı münaqişənin bitməsindən sonra regionda yeni şərait yaranıb və bu şəraitdən bəhrələnmək, müxtəlif məsələlər barədə dialoq tələb edir.

Vaezi bildirib ki, bu gün region ölkələri arasında dostluqların dərinləşməsi zamanıdır. O, deyib: Azəri tərəflə aparılmış danışıqlarda qərara alındı ki, traktorqayırma, əczaçılıq və avtobus istehsalı sahələrində Azərbaycan Respublikası ilə sənaye əməkdaşlıqları məsələsi izlənilsin.

Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev bu ölkənin energetika naziri Pərviz Şahbazov, həmçinin həmin ölkənin bir neçə məsul şəxsi ilə yanaşı çərşənbə axşamı günü Tehrana səfər etmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button