Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində rəsmi Moskvanı Baş nazir Dmitri Medvedyev təmsil edəcək.
Bu barədə informasiyanı Rusiya hökumətinin mətbuat xidməti yayıb.
Qeyd edək ki, Ərdoğanın inauqurasiya mərasimi iyulun 9-da keçiriləcək. Rusiyanı mərasimdə Medvedyevlə bərabər Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinvoski də təmsil edəcək.