AktualAktualArxivXəbər lentiXəbərlər

“Pul diplomatiyası İslam Əməkdaşlıq Təşkilatının alnında bir ləkədir”

“Bu gün pul diplomatiyası islam əməkdaşlıq təşkilatının alnında bir ləkədir. Açıqca görürük ki, bəzi ölkələr qərb və sionist rejimin mənafeyini təmin etmək əzmindədir.”
bunu İslam İnqilabının Ali lideri ayətullah Seyyid Əli Xameneinin Ərdəbil əyalətindəki nümayəndəsi Təbrizdə çıxışı zamanı deyib
Ayətullah seyid Həsən Amili Təbrizin Ayətullah Əngəci məscidində əsil Məhəmməd islamının sekular təfəkkürlə ziddiyyətdə olduğunu bildirərək demişdir: “Sekular fikirləşir ki, məscid və hüseyniyyələrdə fəaliyyət göstərən adam cəmiyyət və iqtisadiyyatda heç bir rol oynaya bilməz. Bu, dinin siyasətdən ayrı olması fikridir.
O davam edib: insanda şəxsiyyət yaratmayan eşq və məhəbbət kafirlik, itaətlə nəticələnməyən ibadət isə həvəsdən başqa bir şey deyildir. Ərdəbil imam-cüməsi dinin bütün təməllərinin ilahi qeyrəti təcəssüm etdirdiyini deyərək bildirmişdir: ilahi qeyrətin insanı ləyaqətsiz adamın sərəncamına vermədiyi kimi milləti də qurdların ixtiyarına verməz. Allah, insanın zəlilliyinə dözməz. Çünki biz Allahdanıq. Allahın rəbb olduğunu qəbul etməyən adam bəndəlik sahəsindən qovular.”
Xobreqan Məclisinin üzvü Al-Səudun Yəməndəki cinayətlərinə işarə edərək demişdir: Dünyanın ucqar nöqtələrində minlərlə uşağın canını alanlar və islam konfransında etiraz etmək cəsarəti göstərə bilməyən bir vali belə, Allah ümidilə hamisi getməlidir….Dünyanın bu günkü qüdrət sahibləri heç kimin qarşısında cavabdeh olmurlar, biri onları məhəkəməyə cəlb edə bilmir. Amma bir gün gələcək ki, ilahi qeyrət meydana gəlib dünyanı aqibətini xeyirli edəcəkdir.”
İslam İnqilabının Ali lideri ayətullah Seyyid Əli Xameneinin Ərdəbil əyalətindəki nümayəndəsi “Suriyada olmasaq qəddar bir ordu İraqa girər” deyərək, bildirmişdir: Düşmən 50 milyon İŞİD hazırlamışdır ki, imkan yarandıqda şiələrin qanını töksünlər…
O əlavə edib: “ Bu gün pul diplomatiyası islam əməkdaşlıq təşkilatının alnında bir ləkədir. Açıqca görürük ki, bəzi ölkələr qərb və sionist rejimin mənafeyini təmin etmək əzmindədir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button