ArxivFatimi yaşayişIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Prokuror Hacı İlham Əliyeva 18 il iş istədi

Dünən Bakı Ağır Cinayətlər üzrə Məhkəmədə Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani Hacı İlham Əliyevin  işi üzrə proses hakim Faiq Qəniyevin sədrliyi ilə davam edib. 

Məhkəmədə çıxış edən Dövlət ittihamçısı Ruhani Hacı İlham Əliyev üçün 18 il, onunla birlikdə həbs edilən Mehman Rzayev üçün 15 il müddətində azadlıqdan məhrum etmə cəzası istəyib.

İslam Partiyasının funksioneri verdiyi açıqlama zamanı bildirib ki, dövlət ittihamçısı bütün beynəlxalq etik normaları aşaraq  bu proseslə əlaqəsi olmayan coğrafiyaya həmlələr edir, rəsmi orqanların adların hallandırır, hədyanlar yağdırırdı. Bütün çıxış qərəz və böhtan xarakteri daşıyırdı. Baxmayaraq ki, Hacı İlham ona qarşı irəli sürülən ittihamları sona qədər qəbul etmədi və heç bir sübut da istər şahid ifadələrində, istərsə də hakimin sorğularında öz faktik təsdiqini tapmadı prokurorun ağır vəza tələbi sanki qulaqları batırdı. Beləliklə dövlət ittihamçısı AİP sədr əvəzinə çox böyük həvəslə 18 il cəza tələb etdi. Bu isə nə ədalətdən, nə insanlıqdan, nə də qanunun aliliyindən xəbər verirdi.

Hacı İlham, nə də oğlu Vətən yolunda şücaət göstərən və “Cəsur döyüşçü” adını qazanan Hacı Mövsüm xalqının malını talayan, övladları ölkə və ölkə xaricində hər cür fitnə fasadla məşğul olub cinayətlər törədən nazirlərdən, digər məmurlardan deyillər.

Növbəti məhkəmə prosesi aprelin 12 nə təyin olundu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button