ArxivIslamŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Prezident Rəisi: “İran və Keniyanın əməkdaşlıq potensialı olduqca çoxdur”

Məlumata görə, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi çərşənbə günü Keniyanın Prezident iqamətgahında İran və Keniya nümayəndə heyətləri arasında aparılan danışıqlardan və iki ölkə arasında beş əməkdaşlıq sənədinin imzalanmasından sonra birgə mətbuat konfransı keçirilib. Konfransda Keniya Prezidenti Vilyam Ruto bildirib ki, İran Afrika qitəsinin bütün dövlətləri ilə daha yaxından əlaqə üçün əlini sıxır və İran və Keniya xalqları arasında yaranmış bu münasibətlər gündən-günə daha da inkişaf edə biləcəkdir.
Bu konfransda cənab Rəisi çıxışında İran və Keniya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə toxunaraq bildirib ki, “İslam İnqilabının yaratdığı ali imkanlar və eləcə də Müəzzəm Rəhbərin uzaq görən siyasəti sayəsində verdiyi göstərişlər İranın ağır sanksiyalar və dözülməz təzyiqlər qarşısında öz gücünü göstəmiş, müxtəlif elmi, texnoloji və iqtisadi sahələrdə yüksək nailiyyətlərə imza atmışdır. “
İran İslam Respublikasının prezidenti də həmçinin Keniya hökuməti və xalqının qonaqpərvərliyini yüksək qiymətləndirərək, Tehran və Nayrobi arasında əlaqələrin əvvəlkindən daha çox inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Ölkənin bütün sahələrində açıq pəncərə siyasəti sayəsində iranlı investorlar və iş adamları üçün geniş imkanlar yaradılacağını xatırladan Keniya prezidenti əlavə edib ki, Keniya onlar üçün ən münbit şəraiti yaradacaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button