ArxivXəbər lentiXəbərlər

Polkovnik Ramaldanov: “Ermənilərin təlimləri ciddi təxribatlara hazırlıq olduğunu ehtimal etmək olar”

Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıblar. Qarabağ bürosunun xəbərinə görə, təlimlər cəbhənin Ağdam və Tərtər rayonları istiqamətində keçirilir. Ağır artilleriyadan, iri çaplı silahlardan açılan atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.

Mövzu ilə bağlı polkovnik Şair Ramaldanov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, hərbi rəhbərlik dəyişən zaman ola bilər təlimlərin keçirilməsi məsələsi sürətləndirilsin: “Bu ilk təlim prosesi deyil. Demək olar ki, mütəmadi olaraq erməni tərəfi hərbi təlimlərini keçidirlər. Eyni zamanda məlumdur ki, Ermənistanın hərbi rəhbərliyi də dəyişib. Hərbi rəhbərlik dəyişən zaman ola bilər təlimlərin keçirilməsi məsələsi sürətləndirilsin. Konkret olaraq bu təlimlərin nə ilə bağlı olduğunu demək çox çətindir. Amma erməni tərəfi daimi təxribat ardıncadır. Silahlı qüvvələrimiz də bu təxribatların qarşılığını layiqli şəkildə verir. Amma təlimlər daha ciddi təxribatlar üçün hazırlıq prosesi olduğunu demək yalan olmaz. Ermənilər hər vaxt iri miqyaslı təxribatlar həyata keçirdə bilər. Çünki, biz müharibə şəraitindəyik. Bütün bu təlimlər sabah hansısa istiqamətdə hücumun təşkil edilməsi üçün keçirilir. Təbii ki, erməni tərəfinin intensiv şəkildə təlimlər keçirməsi onu deməyə əsas verir. Son vaxtlar cəbhə bölgəsində gərginlik nisbətən artıb. Bu da təbii ki, Ermənistanda daxildə olan proseslərdən diqqəti yayındırmağa yönəlib. Ümumiyyətlə bu gün cəbhə xəttində istənilən miqyaslı təxribatın baş verməsi mümkündür”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button