ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Polad Bülbüloğlu təsdiqlədi:
Azərbaycanlı idmançı Ermənistanın tələbi ilə saxlanılıb
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Caliber”ə açıqlamasında Kamil Zeynallının Ermənistanın tələbi ilə saxlanıldığını təsdiqləyib:
“O, MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb. Ermənistan tərəfi onu Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham edir.”
Bülbüloğluna görə K.Zeynallının Ermənistanın sorğusu əsasında saxlanılması o demək deyil ki, onu təyyarəyə əyləşdirəcəklər və dərhal İrəvana göndərəcəklər.
Səfir məhkəmənin qərarını gözlədiyini deyib.