ArxivSosialXəbər lentiXəbərlər

Polad Aslanova 16 il həbs cəzası verildi

Noyabrın 16-sı Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Polad Aslanova 16 il hökm oxunub.

Bu barədə “Toplum TV”yə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Onun sözlərinə görə, Polad Aslanov məhkəmədə son söz deyib.

O, son sözündə bildirib ki, həbsi jurnalist fəaliyyəti ilə bağlıdır və məmurların korrupsiya əməlini ortaya çıxartdığı üçün cəzalandırılıb.

G.Aslanova deyir ki, Polad Aslanov son sözündə Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib: “Kaş mən də çöldə olaydım və mənim də bu qələbədə köməyim dəyərdi”.

İstintaqın sonunda jurnalistə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsiylə əlavə ittiham verilib.

İddia olunur ki, o, bloger Dəyanət Babayevi ölümlə hədələyib. Məhz Dəyanət Babayevin ifadəsi əsasında ona qarşı ikinci ittiham irəli sürülüb.

“Xeberman.com” saytının baş redaktoru və təsisçisi Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanılıb.

İyunun 13-dә DTX tərəfindən yayılan mәlumatda deyilirdi ki, P.Aslanov xarici ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, məxfi əməkdaşlığa cəlb edilib.

Baş redaktor rəsmi ittihamla razılaşmır, o, DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılar dərc etdiyinə görə həbs edildiyini bildirir.

Beynəlxalq təşkilatlar onun həbsini pisləyib və Polad Aslanovu azad etməyə çağırıblar.

Noyabrın 15-də ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək məsələri üzrə Bürosu Polad Aslanov da daxil olmaqla Azərbaycanda həbsdə olan jurnalistlərin azad olunmasına çağırış edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button