ArxivXəbər lentiXəbərlər

PKK polis bölməsinə hücum etdi: 4 yaralı

Türkiyədə PKK terrorçuları bu dəfə Jandarm binasəna hücum ediblər.  

Teleqraf.com-un məlumatına görə, binaya dəyərək istiqamətini dəyişən güllələr yaxınlığındakı məktəbin həyətində keçirilən toydakı adamlardan 4-nün yaralanmasına səbəb olub.

Hadisə ötən gün saat 21.00 radələrində baş verib. Bələdiyə sədri Həsən Qaraxan hadisə ilə bağlı bunları deyib:

“Terrorçuların sağa sola atəş açmaları nəticəsində Anadolu Liseyinin həyətində keçirilən toyda 3-ü qadın olmaqla 4 nəfər yaralanıb. Yaralıların həyati təhlükələri yoxdur. Onların Giresun Dövlət Xəstəxanasında müalicələri davam edir”.

Təhlükəsizlik tədbirləri həyata keçirən polis jandarm binası və məktəb ətrafındakı vətəndaşları bölgədən uzaqlaşdırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button