ArxivXəbər lentiXəbərlər

Paytaxt Tiflisdə “Kərbəla hadisəsi mövzusunda seminar” keçirildi-FOTOLAR

Bu gün Gürcüstanın paytaxtı Tiflisdə Məhərrəmlik ayının başlanması ilə əlaqədar Tiflisdə Ali təhsil mərkəzlərində təhsil alan tələbələr təfəindən “Kərbəla hadisəsinin həqiqətləri mövzusunda elmi seminar həyata keçirildi.

Tiflisdə Alul-Beyt diini mədəni maarif mərkəzində, ali təhsil mərkəzlərində təhsil alan tələbələrin təşəbbüsü və təşkilatçılığı ilə “Kərbəla həqiqətləri mövzusunda seminar” həyata keçirildi. Seminarı təşkil edən tələbələrin sözlərinə görə,Seminarın keçirilməsinin əsas məqsədi gələcəyin bünövrəsi olan tələbələrin Kərbəlanın həqiqi məksəd və hədəfləri haqqında düzgün məlumatlandırlması  idi. Tələbələrə seminarı TDU  Tiflis dövlət universitetinin tələbəsi Jurnalist Ceyhun Muhammədəli (Narzalov) , TDU və  Beynəlxalq Əl-Mustafa universiteinin tələbələri Orxan Məmmədov və Şəmşi Məcidov oxudular.
Seminar zamanı təşkilatçı tələbələrin,  Kərbəla hadisəsində İmam Huseyin( ə) hədəf və məksədləri haqqında araşdırmaları tələbələrə çatdırılıb. Seminarın gedişatında intelektual suallar təşkil olunaraq tələbələr arsında yarış keçirilib. Qaliblərə isə dəyərli hədiyyələr təqdim olunub.  Seminarın ən dəyərli hədiyyələri Qurani Kərim ilə Gürcüstan bayrağı  qaliblərdən birinə hədiyyə olunub. 3 saatlıq Seminarin sonunda xatirə şəkili çəkilərək balaca ehsan süfrəsi açılıb. Tələbələr keçirlən seminarın haqqında xoş təsuratlarını dilə gətirərərk belə tədbirlərin tez-tez keçirilməsində maraqlı olduqlarını bildiriblər. Seminarın gedişatı haqqında fotoları sizə təqdim edirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button