Aktual

“Mübarizsiz mübarizəmiz”

Adətən, bu günlərdə insan qəmgin olar. Ancaq nədənsə, mən Mübariz İbrahimovun şəhadətinin il dönümündə qürurverici hisslər keçirirəm. Yadıma gəlir ki, ilk dəfə yazdığım məqalə məhz Mübariz İbrahimova həsr olunmuşdu. Düzdür, artıq Mübarizin şəhadətindən 3 il keçib, ancaq hələ də ona olan sevgim, hörmətim nəinki azalıb, hətta bu hiss daha da artıb. İstəməzdim ki, məqaləni ancaq hisslərimlə doldurub sizi də yoram. Bu səbəbdən məqaləmin əsas məqsədlərinə keçmək istəyirəm.

Mübariz İbrahimovun qəhrəmanlığından 3 il ötüb və o öz adını Azərbaycan tarixinə qanı ilə yazıb. Üç il zaman kəsiyində insanlar Mübarizdən hansı mübarizlik dərsini götürüb? İnsanlar üç il ərzində Seyid Mübarizin vəsiyyətinə necə əməl ediblər? Onun vəsiyyəti yalnız valideynlərinə idi, ya xalqa? Bu suallar altında düşünək və səmimi olaraq da cavablandıraq.

İlk sual nə qədər qəribə görsənsə də, bir o qədər də əhəmiyyətli və mühüm sualdır. Çünki Mübariz İbrahimovun həyatına baxdıqda onun şəhadətə çatması o qədər də qəribə görünmür. Mənə Mübarizin anası Şamama xanım özü deyirdi ki, Mübariz 14-15 yaşlarından eşidəndə ki, bu gün erməni ordusu əsgərimizi vurub çox qəzəblənərdi. Bəzən o hələ bərkiməmiş barmaqlarını büküb divara vururdu və deyirdi ki, mən bu şərəfsizlərdən intiqam alacam. Və intiqamını aldı da. Bəs biz onun mübarizə yolunu gedə bilirikmi? Onun qəlbindəki düşmənə nifrət, Vətənə sevgi hissləri biz də varmı? Bax, bu suallara həm özüm, həm də cavanlarımız acizdir. Günü-gündən başımız müxtəlif əyləncələrə qarışır, günü-günə satıb vaxtımızı orda-burda öldürürük. Bununla insan mübariz ola bilərmi, mübariz olmayan insan Mübariz kimiləri dərk edə bilərmi? Mən Mübarizin evində olarkən onun nə ilə məşğul olduğunu soruşdum. Mənə cavab verdilər ki, Mübariz adətən idmanla məşğul olardı və mənə həyətdə onun istifadə etdikləri idman alətlərini də göstərdilər. Sonra Mübarizin əsgərlik bloknotuna baxdım və gördüm ki, onu çəkdikləri rəsmlər də ancaq mübarizə xarakteri daşıyır. Görəsən, onun əyləncəyə ehtiyacı yox idi? Axı o şəhid olanda onun 21 yaşı var idi? Anası deyir ki, Mübariz ibadətlərində dəqiq idi və hər zaman vaxtlı-vaxtında yerinə yetirərdi. Qardaşı deyir ki, mən onunla yol gedəndə ona diqqət edirdim. Məndən yaşda balaca olsa da, özünü çox böyük bir insan kimi aparırdı. Yol gedəndə başını qaldırıb sağa-sola baxmazdı. Bu cür gənclik yaşayan Mübarizlə biz gənclər arasında fərqi görmək çox asandır…

Mübariz mübariz olmaq istəyən kəslərə də vəsiyyət qoydu və yolunu göstərdi. Bu yol Yaradanı sevmək, vətənə, anaya, ataya məhəbbət, düşmənə nifrət idi. Biz Allaha nə qədər yaxınıq, özümüz bilirik. Ancaq çalışaq ki, Allahla rabitədə özümüzü aldatmayaq. Düşmənə nifrət olmasa insan mübariz olmaz. Bu gün xalqın düşmənlərinə, xainlərinə göz ağartmaq çətin olsa da, bir o qədər də şərəflidir. Mübariz məktubunda “Allaha xatir bunu etməliyəm” deyir. Gəlin biz də nə ediriksə, Allaha xatir edək. Bu çox mühim nöqtədir. “Seyid nəvəsi olaraq bunu etməliyəm” deyəndə o öz vəzifəsini bilib əməl etməklə öz sözünü dedi. Gəlin biz də öz vəzifəmizi bilib əməl edək.

Mən bir daha özümə borc bilib Milli Qəhrəman şəhid Mübariz İbrahimovun məktubunu sizin diqqətinizə çatıdıracam və ümid edirəm ki, bu ildən gələn ilə onun bütün vəsiyyətinə əməl edib bir Mübariz yetişəcəyik, Mübarizsiz mübarizəmizi davam etdirmək üçün.

“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

“Dear father and mother. Don’t miss for me. We will meet in Heaven. Please, pray for me. I can’t leave my country in the lurch. I must do it for God. At least my heart will be cosy. I will go on these inglorious till my martyrdom. Don’t cry-if I be martyr. But, be happy that I promoted to this level. Please, follow your praying for God. Give more alms. I must do it. God is great. Long live our country!
Your son, Mubariz.”

Дорогие мама и папа. Не скучайте по мне. ИншаАллах встретимся в раю. Делайте дуа за меня. Мое сердце разрывается в эти трудные дни для моей Родины. Ради Аллаха я должен сделать это, чтобы мое сердце успокоилось. Пока не стану Шахидом, буду идти против врагов. Если же стану Шахидом, то не плачьте, наоборот радуйтесь за меня, что смог дойти до такого уровня. Выполняйте свои обязанности перед Аллахом, раздавайте садака. Будучи внуком сейида я обязан сделать это. Аллах Велик. Да здравствует Родина. Ваш сын Мубариз.»

Pərvin Zeynal

Azadxeber.net

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button