AktualAktualArxivIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Rusiyalı rejissor “Qasim Süleymani, İran üçün savaş” sənədli filmi hazırlayıb

Rusiyalı rejissor və jurnalist şəhid Qasim Süleymani haqda sənədli film çəkib.

Qafqaz Həqiqətləri “Təsnim”-ə istinadla xəbər verir ki, şəhid general-leytenant Qasim Süleymaninin şəhadəti ildönümü günlərində İrana səfər etmiş rus rejissor və jurnalist “Qasim Süleymani, İran üçün savaş” sənədli filmini hazırlayıb. O, özünəməxsus yaradıcılıqla Hacı Qasimin böhranı idarə etməsini və şəxsiyyətinin müxtəlif aspektlərini canlandırıb.

Ötən günlərdə Tehran və Kirmanda çəkilişləri tamamlanmış sənədli film Rusiyanın “Russia 24” televiziyası vasitəsilə ekrana çıxıb.

Filmin yaradıcısı xanım Anna Afansiyeva onun hazırlanmasında Məsud Zəbihi, Mustafa Talibpur və Sədra Media və Mədəniyyət İnstitutu ilə əməkdaşlıq edib.

Sənədli film tam olaraq 16 yanvarda Rusiyada efirə buraxılacaq. Film İranda da ekrana çıxacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button