AktualAktualArxivIslammədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Meşkinşəhrin millət vəkili: Ali Məqamlı Rəhbərin bəyanatına uyğun olaraq Qarabağın işğalda olan bütün əraziləri azad olunmalıdır

İslami Şura Məclisinin milli təhlükəsizlik komissiyasının üzvü deyib: Ali Məqamlı Rəhbərin bəyanatına uyğun olaraq Qarabağın işğalda olan bütün əraziləri azad olunmalıdır.

Qafqaz Həqiqətləri xəbər verir ki, İslami Şura Məclisində Meşkinşəhr əhalisinin təmsilçisi və milli təhlükəsizlik komissiyasının üzvü doktor Mahmud Abbaszadə “Araz; tarixi həmrəylik və müqavimət” toplantısında Fatimiyyə günləri, şəhid Hacı Qasim Süleymaninin şəhadətinin ildönümü, habelə şəhid doktor Fəxrizadənin şəhadətinin 40 günlüyü münasibətilə başsağlığı verib, Qarabağ münaqişəsini strateji baxışdan təhlil edib, bu münaqişədə regional və trans-regional oyunçuların məqsədlərini izah edib.
Millət vəkili vurğulayıb: “Ali Məqamlı Rəhbərin bəyanatına uyğun olaraq Qarabağın işğal edilmiş bütün əraziləri azad olunmalıdır.”
Doktor Abbaszadə çıxışının bir hissəsində deyib: “Bəziləri Qarabağ münaqişəsinin bitməsini istəmir və yalnız öz maraqlarını güdür.”
Meşkinşəhrin millət vəkili çıxışının digər hissəsində İslam şəhidlərini, xüsusilə də Hacı Qasim Süleymani və Qarabağ şəhidlərinin məqamını uca tutub, xalis Məhəmməd (s) dinini İran İslam Respublikasının qüdrət komponentlərindən biri adlandırıb. O deyib: “Bizim ölkəmiz Azərbaycan Respublikası ilə din, dil və mədəniyyət cəhətlərindən ortaqlıqlara malikdir və sionist rejiminin Qarabağ münaqişəsinə müdaxilə etməkdə məqsədi İranın sərhədlərinə yaxınlaşmaq, müsəlmanlar arasında təfriqə və qarşıdurma yaratmaqdır.”
Qarabağ konfransına hazırlıq toplantsı Ərdəbilin Şeyx Səfiyəddin kompleksinin Xətai salonunda baş tutub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button