ArxivXəbər lentiXəbərlər

Papa Fransisin Bakıya səfəri və Azərbaycan prezidentinə tövsiyəsi-Təhlil

Dünya katoliklərinin rəhbəri Papa Fransis Azərbaycan Respublikasının siyasi və dini rəsmiləri ilə görüş məqsədi ilə dünən Bakıya daxil olub.

İRİB-nin verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Papa Fransis ilə görüşdə, onun Bakıya səfərini Azərbaycanla Vatikan arasındakı əlaqələrin inkişafında önəmli və təsirli adlandırıb.

Azərbaycan prezidenti öz çıxışında ölkəsində tolerantlıq və pluralizmdən danışıb.

Papa isə öz çıxışında deyib: Bütün dinlər etnik və ideoloji zəmində olan bütün zorakılığın əleyhinədir. Papa dünyanın müxtəlif regionlarında münaqişələrin davam etməsinə toxunub, Qarabağ münaqişəsinin dinc yolla həll edilməsini vurğulayıb.

Papanın Azərbaycana bir günlük səfər proqramına Bakının katolik kilsəsində dini mərasimdə çıxış, Qafqaz Müsəlmanları İdarəsinin sədri və məzhəblərin rəhbərləri ilə görüş daxil edilmişdir.

Dünya katoliklərinin rəhbəri Azərbaycandan öncə Gürcüstana səfər etmişdi. Tiflisdə bir qrup əhali Papa Fransisin gəlişinə etiraz olaraq aksiya keçirdi.

Ekspertlər Papanın Azərbaycana bir günlük səfərini Azərbaycanın beynəlxalq imicinə və bu müsəlman ölkəsinin qloballaşma prosesinə zərbə kimi qiymətləndirirlər.

Xüsusi ilə ona görə ki, Papa Qarabağ münaqişəsi barədə Azərbaycan dövlətinə güzəştə getmək barədə tövsiyələr etməyə çalışdı.

Papa Azərbaycana tövsiyə etdi ki, kiçik bir əraziyə görə sülhdən çəkinməsin.

Virtual.az internet portalının verdiyi məlumata görə, Papa müxbirlərin ” Azərbaycan respublikasına hansı müraciətlə səfər etmisiniz?” sualını belə cavablandırıb: Mən Azərbaycan xalqı və dövlətinə deyəcəyəm ki, kiçik bir ərazidən ötrü sülhdən çəkinmək rəhmsizlikdir. Bundan başqa nə söyləmək olar bilmirəm-statın sonu.

Təhlilçilər dünya katoliklərinin rəhbərinin dolayısı ilə erməniləri və Ermənistanı dəstəkləməsini onun qalmaqallı hərəkətləri sırasında hesab edirlər. Papa vaxtı ilə Osmanlı imperiyası dövründə ermənilərin qırğın edilməsi iddiasını “soyqırımı” adlandıraraq Vatikanla Türkiyə arasında çaxnaşmalara səbəb olmuşdu. Azərbaycan rəsmilərinin Papaya hörmət etməsinə rəğmən bəzilərinə görə Papanın Azərbaycana səfəri sadəcə ermənilərin mənafeyi istiqamətində olub.

Papa Bakıda yaşayan 700 erməni ilə görüşərək, onların mənafelərini mühafizə naminə Bakıya gəldiyini nümayiş etdirmək istədi. Bu reallıqları nəzərə alaraq Azərbaycan hökumətinin Papanın bəyanatları qarşısında susacağı qeyri mümkün görünür. Azərbaycan prezidenti son illərdə dünyanın tanınmış simalarını Bakıya dəvət etmək yaxud beynəlxalq yarışları Azərbaycanda keçirməklə ölkəsinin beynəlxalq imicini gücləndirməyə çalışıb. Məhz buna görə Papa ilə görüşdə İlham Əliyev multi-kulturalizm sahəsində öz uzun müddətli proqramları, ölkədə dini pluralizmdən danışaraq ən azından Avropa səviyyəsində Azərbaycanın imicini artırmağa səy göstərib. Buna baxmayaraq dünya katoluklərinin bəyanatları və mövqeyi Azərbaycanın bu məqsədinin reallaşmasına mane olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button