Aktual

Əli Həsənovdan Avropa Məhkəməsinə şikayət edilə bilər

Fuad Ağayev:«O, cəzasızlığına o qədər əmin olub ki, nəinki özü prosesə gəlməyib, hətta nümayəndəsini də göndərməyib»
 Səbail Rayon Məhkəməsinin hakimi Elşad Şamayev hakimiyyətin baş ideoloqu Əli Həsənova qarşı iddianı təmin etməyib. Iddia tanınmış dramaturq, Milli Şuranın lideri Rüstəm Ibrahimbəyov tərəfindən qaldırılıb. Buna Əli Həsənovun müsahibəsi səbəb olub.
O, müsahibədə R.Ibrahimbəyovu “qeyri-peşəkar” adlandırıb və Şəhidlər Xiyabanının yaxınlığında restoran, əyləncə müəssisələri inşa etmək cəhdində ittiham edib. R.Ibrahimbəyov bunu şərəf və ləyaqətinin təhqir olunması kimi qəbul edib. Əvvəlcə məhkəmə uydurma ittihamlarla iddianı qəbul etmək istəməyib.
Lakin imtinadan apelyasiya verilib və iş Ali Məhkəməyə çıxıb, bundan sonra iddia qəbul olunub.Məhkəmə dinləmələri iyunun 3-də başlayıb, cavabdehin və onun nümayəndəsinin gəlməməsi səbəbindən təxirə salınıb.Nəhayət, iyunun 28-də Ə.Həsənovun və onun nümayəndəsinin olmamasına baxmayaraq, hakim iddianı təmin etməyib.“Bu, Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin olmadığını bir daha təsdiqləyir. Ə.Həsənov öz cəzasızlığına o qədər əmin olub ki, nəinki özü prosesə gəlməyib, hətta nümayəndəsini də göndərməyib. Bu, məhkəmə tərəfindən açıq diskriminasiya əlamətidir”,- vəkil Fuad Ağayev bildirib.F.Ağayev qeyd edib ki, R.Ibrahimbəyovla məsləhətləşəcək və ola bilsin ki, məhkəmənin qərarından Avropa Insan Hüquqları Məhkəməsinə şikayət verilsin.(azadlıq)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button