AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Övladın tərbiyəsi anaların ən əsas vəzifələridir.

Ayətüllah seyid Həsən Amili bu gün günorta çağı Ərdəbil əyalətinin bir tedad üstün qadınları ilə görüşündə bildirmişdir: övladın tərbiyəsi anaların ən əsas vəzifəsidir ki, bu sahədə öz ləyaqətini göstərməli və uşağı bağçalara və digər bu kimi uşaq evlərinə verməkdən çəkinməlidirlər.

Qafqaz mədəniyyət mərkəzinin TƏSNİM-dən nəqlən verdiyi raporta görə vəliyyi-fəqihin Ərdəbil əyalətindəki nümayəndəsi cəmiyyətin inkişaf göstəricilərindən biri olan tərbiyə mövzusunu irəli sürərək artırmışdır: bu qədər böyük və əhəmiyyətli iş qadınların yüksək səbir və dözümə malik olduğu nəzərə alınaraq onlara verilmişdir. Onlar analıq rolunu ifa etməklə öz psixoloji bacarıqlarını nümayiş etdirməlidirlər. O, qadınların sosial vəzifələrini izah edərək bildirmişdir: qadın öz hicab və nəcibliyini qorumaqla cəmiyyətdə sosial vəzifələrlə məşğul ola bilər ki, hicabsızlıqdan və nəcibsizlikdən irəli gələn sosial ziyanların qarşısı alınsın. Ayətüllah Amili hicabı bu və ya digər əliuzunluğua mane olan bir amil kimi qiymətləndirib açıqlamışdır: təkcə islam ölkələrində deyil, artıq digər nöqtələrdə və xüsusilə xristian ölkələrində də hicaba və nəcibliyə riayət etməyin zəruriliyi vurğulanmışdır ki, qadıların toxunulmaz olduqları təmin olunsun. Ərdəbil imamcüməsi müəzzəm rəhbərin hicab haqqındakı sözlərinə işarə edərək bildirmişdir: hicabın qadınlara aid etdiyi ən mühüm və ən əsas bərəkətləri onların sosial təhlükəsizliyinin təmin olunmasıdır ki, onları ehtiraslı baxışlardan və əliuzunluqlardan qoruya bilər. O, qərb ictimaiyyətində qadınların əmin-amanlıqda olmadıqlarına işarə edərək bildirmişdir: bu ölkələrdə qadınlar özlərini sosial ziyanlardan qorumaq üçün müxtəlif vasitə və alətlərdən istifadə edirlər. Islam cəmiyyətinin qadınları isə nəcabət və hicab vasitə və alətindən istifadə edərək hər hansı bir əliuzunluğa mane olurlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button