ArxivXəbər lentiXəbərlər

Ölkədə 29200 rəsmi işsiz statusu alıb

Azərbaycanda rəsmi işsiz statusu alanların sayı açıqlanıb.

Bu il mayın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4855,6 min nəfər olub, onlardan 4618,7 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

  bu il aprelin 1-nə muzdla işləyənlərin sayı 1507,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 879,2 min nəfər, qeyri-dövlət bölməsində isə 627,8 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 35,7 min nəfər, qeyri-neft sektorunda isə 1471,3 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1462,7 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,1%-i məhsul istehsalı sahələrində, onlardan 6,8%-i tikintidə, 6,5%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,3%-i mədənçıxarma sənayesində, 1,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,4%-i təhsil, 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Bu ilin yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 146,1 saat təşkil edib.

Bu il may ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,2 min nəfər olub, onların 39,1%-i qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 248,3 manat olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button