ArxivXəbər lentiXəbərlər

Novxanıda iranlı tələbəni öldürənlər daha bir evə basqın etdilər

Sumqayıtda iranlı tələbəni öldürməkdə şübhəli bilinərək tutulan dəstə üzvlərinin daha bir cinayətinin üstü açılıb.
QAFQAZ.IR Oxu.Az-a istinad  xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalarla saxlanılan dəstə üzvləri –  Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyevin bir müddət əvvəl Kürdəmir rayon sakini Zahid Zərbəliyevin yaşadığı evə girərək, ev sahibi və onun həyat yoldaşının ağzını və əl-qolunu yapışqanlı lentlə bağlayaraq, mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları apardıqları müəyyən edilib.
Sözügedən şəxslər oktyabrın 11-də İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evinə quldurluq məqsədilə girərək, onu öldürüb, lakin evdən hər hansı əmlak əldə edə bilməyib, hadisə yerindən qaçıblar.
Həyata keçirilən tədbirlər nəticəsində dəstə üzvləri tutulub.
Qeyd edək ki, öldürülən Mohtati Saman Nemat oğlu Azərbaycan Tibb Universitetinin tələbəsi olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button