ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Novruzda niyə əfv olmadı? – HƏQİQƏTƏN DƏ…

Azərbaycanda son illər əksər Novruz bayramları ərəfəsində verilən əfv sərəncamları ilə bağlı gözləntilər bu il özünü doğrultmadı. Halbuki, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası bu il yanvarın 12-dən öz iclaslarını bərpa etmişdi. Sonuncu belə iclas da martın 14-də gerçəkləşmişdi. Ona görə də bəzi yerli sayt və sosial şəbəkələrdə Novruz bayramı öncəsi Azərbaycanda növbəti əfv sərəncamının veriləcəyi ilə bağlı gözləntilər ifadə edilirdi.

əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev “Turan”a bildirib ki, bu il 10 iclas keçiriblər: “Bütövlükdə 1300-dən artıq müraciətə baxılıb və müvafiq rəylərin hazırlanması barədə qərarlar qəbul olunub”.

Onun sözlərinə görə, Əfv Komissiyanın iclasları geniş müzakirə formasında keçirilir: “Hər bir daxil olan müraciətə əsaslı yanaşılır və hərtərəfli, obyektiv yanaşma tətbiq edilir. Bunun üçün Əfv Komissiyasının iclaslarında hər şərait yaradılır. Hər kəs öz fikrini söyləmək imkanına malikdir. Bəzi hallarda iclaslarımız dörd saata qədər davam edib. Bu da onu göstərir ki, müzakirə mühiti yüksək səviyyədədir və hər şəxsə çox diqqətli münasibət göstərilir”.

Nuriyev deyib ki, komissiyanın iclasları aprel ayı ərzində də davam edəcək: “Düşünürük ki, may ayında növbəti əfv sərəncamı verilə bilər. Əlbəttə ki, əfv sərəncamı Heydər Əliyevin anadan olmasından 100 illiyi münasibətilə həyata keçirilən tədbirlərin sırasındadır”.

Əfv sərəncamına kimlərin düşüb-düşməməsi məsələsinə gəlincə isə, o bildirib ki, son qərarı dövlət başçısı verir: “Ona görə də bəri başdan fikir söyləmək etik baxımından düzgün olmaz. Həm də hər bir daxil olan müraciətlərin şəxsi məlumat olduğunu nəzərə alaq”.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button