ArxivXəbərlər

Nizami Gəncəvi şerlərini oxuya bilməyən qurup Bakıda toplantı keçirib

Azərbaycan Respublikasında “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi” adı ilə təqdim olunan və əslində Nizami Gəncəvi şerlərini oxuya bilməyən qurup Bakıda toplantı keçirib.

Sionist dairələr ilə sıx əlaqədə olan Diasporla İş üzrə Dövlət Komitəsindən yayılan məlumata görə, Aprelin 27-də Nizami Gəncəvi şerlərini oxuya bilməyən qurupun idarə heyətinin üzvləri – Vayra Vike-Frayberqa, İsmail Serageldin, Tarja Halonen, Petar Stoyanov, Giuli Alasania, Valter Fyust, Farida Allagahi, Ahmed Nasem Şah, Nazim İbrahimov və Elmar Vəliyev iştirak edib.
Toplantıda Nizami Gəncəvi şerlərini oxuya bilməyən qurupunun gördüyü işlər haqqında hesabat dinlənilib, təşkilatın qeydiyyatı, büdcəsi, nizamnaməsi, strukturu, həyata keçiriləcək layihələr, qarşıda duran vəzifələr, qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı İsmayıl Serageldinin hazırladığı Akademik proqram layihəsi müzakirə edilib.
Toplantı iştirakçıları Azərbaycan prezidenti İlham Əliyevlə görüş barədə təəssüratlarını da bölüşüblər.
İclası giriş sözü ilə açan NGBM kimi təqdim olunan Nizami Gəncəvi şerlərini oxuya bilməyən qurupun həmsədri, Madrid Klubunun prezidenti, Latviyanın keçmiş ölkə başçısı Vayra Vike-Frayberqa qurupun yaradıldığı 2 il ərzində görülmüş işlərdən danışıb.
V. Frayberqanın sözlərinə görə, prezident İlham Əliyev Nizami Mərkəzinin fəaliyyətinin, əməkdaşlıq etdiyi təşkilatlarla gələcəkdə də əlaqələrini davam etdirməsinin tərəfdarı olduğunu bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nazim İbrahimov toplantı iştirakçılarını yenidən Bakıda görməkdən məmnun olduğunu bildirib və Mərkəzlə bağlı ideyalar irəli sürərək, onların iqısa müddətdə reallaşmasında böyük rol oynayan təşkilatın həmsədrləri V.Frayberqaya və İ.Serageldinə təşəkkür edib.
Müzakirələr zamanı Nizami Gəncəvinin orta və ali məktəblərdə tədrisi, Nizami irsinin bütün dünyada, eləcə də qərbdə təbliği əsərlərinin müxtəlif dillərə tərcümə olunmasının zəruriliyi vurğulanıb.
Azərbaycan Respublikasında “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi” adı ilə təqdim olunan və əslində Nizami Gəncəvi şerlərini oxuya bilməyən qurupun idarə heyətində Nizami Gəncəvinin fars dilində şerlərinin əsl tədqiqatçısı olan heç bir iranlı tədqiqatçı ümumən üzv deyil./Səhərtv/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button