ArxivXəbər lentiXəbərlər

Niyə türkdilli əhali türk deyil, “azərbaycanlı” adlandırılır?

“Məm həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, azərbaycanlıyam!”… Çoxları Heydər Əliyevin dediyi bu məşhur fikirlərdə “azərbaycanlı” adlı millətdən söz getdiyini zənn edir. Görəsən Yer üzündə “azərbaycanlı” adlı millət varmı? Bəri başdan deyək ki, xeyir! Belə bir millət yoxdur! “Azərbaycanlı” ifadəsi sırf siyasi məqsəd daşıyan və heç bir tarixi kökə bağlı olmayan bir ifadədir.

Türk dilinin və eləcə də Azərbaycan Respublikasının dövlət dili olan “azərbaycan dilinin” leksik qanunlarına görə, “azərbaycanlı” ifadəsi – insanın milliyyətini deyil, yaşadığı yeri görsədir.  Məsələn,  kimsə durub desə ki, “mən avropalıyam”, “mən rusiyalıyam”, “mən baklılıyam”, “mən qarabağlıyam” və s., o halda biz nəyi başa düşəyəyik: onun milliyyətini, yoxsa dediyi ifadənin sonluğunda gələn “lı”, “li, “lu”, “lü” şəkilçilərinin ifadə etdiyi yaşayış yerini? Təbii ki, bu şəkilçilər insanın yaşadığı və ya əslən bağlı olduğu məkanı ifadə edir. Əgər bir rus Bakıda doğulub yaşayırsa “bakılı” hesab olunmurmu?  Bu rus Moskvaya gedəndə və ondan “haralı” olduğu soruşulanda “bakılı” olduğunu demirmi? Məgər “bakılı” olduğunu deyəndə onun rus milliyyəti dəyişir?

“Bakılı” ifadəsi məkanı bildirmirmi? Elə isə “azərbaycanlı” ifadəsi niyə millət hesab olunmalıdır?!  Bu suala cavab tapmaqdan ötrü “azərbaycanlı” adlı “millətin” necə yarandığına diqqət yetirək.”Azərbaycanlı” adlı millət kommunist rejimi olan SSRİ dövründə,   İosif Stalinin bu dövlətin rəhbəri olduğu zaman yaradılıb. Məqsəd – Azərbaycan SSR adlandırılan respublikada sosialist rejimində yaşayan türkdilli xalqla,  SSRİ-dən xaricdə, yəni kapitalist rejimində yaşayan bu türkdilli xalqla eyni millətin nümayəndələri olan İranın türk dilli əhalisi ilə əlaqələrini kəsmək məqsədi daşıyırdı. Çünki “azərbaycanlı” adlandırılan millətlə eyni kökə və qana malik İranın türk dilli əhalisi SSRİ-dən kənarda və kapitalist rejimində yaşayırdı. Əgər Sövet hakimiyyəti, vaxtilə 18-ci əsrin ilk yarısında Rusiya İmperiyasının İrana eydiyi hücumu və İran dövlətinin məğlubuyyəti ilə nəticələnmiş müharibələrdən sonra imzalanmış Türkmənçay və Gülüstan müqavilələri nəticəsində İranın dövlətindən qoparılmış ərazilərdə yaşayan türkdilli əhaliyə İrandakı kimi türk adını verilsəydi, o halda sosialist rejimində yaşayan türklərin, kapitalist rejimi altında yaşayan türklərin təsiri altına düşmək təhlükəsi var idi ki, bu da SSRİ-nin ərazi bütövlütünü  təhlükə altında ala bilərdi. Çünki Çar Rusiyası işğal edərək bir-birindən ayırdığı bu iki qardaş xalqın arasındakı bağlılığı və əlaqələri kəsə bilməmişdi.

SSRİ qurulana qədər İran əhalisinin indiki Azərbaycan Respublikası ərazisində yaşayan əhali üzərində mili-mənəvi təsiri var idi və bu iki qardaş xalq yaınız tabeçiliyində yaşadıqalrı dövlətin qanunlarına görə bir-birindən fərqlənirdilər.

Qalan dini, milli, mədəni və s. xüsisiyytələri demək olar eyni idi və bir-birlərindən ayrıldıqların 100 il bu ortaq  dəyərlərə təsir edə bilməmişdi. Bu üzdən də Stalin rejimi Azərbaycan SSR-də yaşayan türkdilli əhaliyə yeni bir ad – “azərbaycanlı milləti” adını verdi ki, hətta adları da İrandakı türkdilli əhalidən fərqli olsun. Təsəvvür edin, Sovet Hakimiyyəti qurulandan sonra sərhədlərin bağlanması nəticəsində bir ailədən olan neçə-neçə bacı-qardaşın yarısı İranda qaldı, yarısı isə SSRİ-də.

İranda yaşayan qardaş və ya bacı türk adlandığı halda, onların SSRİ-də yaşayan doğma qardaş-bacıları isə “azərbaycanlı” oldu. Məgər eyni millətdən olan ata və anadan dünyaya gələn övladlar fərli millətin nümayəndələri ola bilərmi?  Səudiyyə Ərəbistanında, İordaniyada, Yəməndə, İraqda və s. ərəb ölkələrində yaşayan ərəblər elə ƏRƏB olaraq qalmırmı? Məgər bu ərəblər başqa ölkələrdə və rejimlərdə yaşadıqlarına görə onların milliyyəti dəyişir?  Elə isə eyni millətin nümayəndələrinin bir hissəsinin türk, digərlərinin isə “azərbaycanlı” adlandırılmaları siyasi addım deyilmi?Bu dediklərimiz SSRİ dövrünə aid idi.

Amma SSRİ ləğv olunandan və Azərbatcan SSR – Azərbaycan Respublikası adlı müstəqil dövlətə çevriləndən sonra da kommunist Stalin rejimi tərəfindən qondarılan “azərbaycanlı” adlı millət ləğv edilmədi. Bu da başqa bir siyasi addın idi. Bu gün Azərbaycanda yaşayan türkdilli millətin adının – “azərbaycanlı”,  dövlət dilinin adının isə – “azərbaycan dili” qoyulması da sırf siyasi məqsəd daşıyır ki, bunun səbəbləri aşağıdakılardır.Əgər dilin adı “türk dili” qoyulsa, onda bu dili danışan millət də avtomatik olaraq “türk” adlanacaq. Və onların pasportunun milliyyət qrafasında “türk” yazılacaq. Belə olan halda Azərbaycanda yaşayan türk olmayan xalqlar da öz millətlərinin adını yazdıracaqlar:  talış, tat, kürd, ləzgi, avar, saxur və s.

Nəticədə, Azərbaycanın tən yarısının qeyri-türk millətlərindən təşkil olunduğu ortaya çıxacaq. Bundan sonra isə qeyri-türk millətlər pantürkist siyasət yeridən Azərbaycan dövlət rəsmilərindən soruşacaqlar ki,  əgər onlar Azərbaycan vətəndaşlarıdırlarsa və türk deyillərsə, onda niyə Azərbaycan Respublikası bayrağında türkçülük rəmzi var?!  Məgər Azərbaycan bu qeyri-türk millətlərin Vətəni deyilmi?  Məgər bu qeyri-türk  xalqların nümayəndələri türkçülük rəmzi əks olunan və ən yuxarıda yer alan Azərbaycan bayrağı uğrunda az şəhid veriblərmi? Digər tərəfdən millətə türk adı verilsə, onda çox arzuolunmaz bir sual meydana çıxacaq: Bu millət türkdürsə, onda onların İran (fars) dilli millətlərin əcdadlarının adı ilə bağlı olan Azərbaycan (Atropaten) adlı məkanda nə işləri var?!  Deməli türklər buralara gəlmədir. Əgər türklər gəlmədirsə, o halda gəlmə xalqın yerli xalq üzərində hakimiyyəti, sizcə necə adlanır?! Səhv etmiriksə, buna işğal deyirlər…Budur Stalin tərəfindən düzəldilmiş “azərbaycanlı” adlı millətin hələ də qorunub saxlanmasının səbəbi. Əslinə qalsa, heç vaxt Yer üzündə belə bir millət olmamışdır. “Azərbaycanlı” sözünün mənası isə, artıq dediyimiz kimi, insanın yaşadığı məkandan başqa bir şeyi ifadə etmir.

Həmid Türki

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button