Şeir

Necə gedim mən Ilhamla irəli

Yapın yolu dağlı, daşlı, dərəli,
Necə gedim mən Ilhamla irəli
Zəncirlər düzülüblər qabağda,
Deputatlar Pirquluda damağda.
Səs verənlər yamağ üstən yamağda,
Döyəcləyir bir başıdır bir əli,
Necə gedim mən Ilhamla irəli
On beş faiz türmələrdə skelet,
Otuz faiz orda burda bezbilet,
Əlli faiz Urusyatda komplekt,
Qalanları iqtidarda “qürrəli”,
Necə gedim mən Ilhamla irəli
Kəlpeysərlər yayxanıblar sərində,
Bir ağıllı tapmaq olmur yerində,
Prokurorun, iç bakanın Merin də,
Maskaları yetmiş-yeddi cürəli,
Necə gedim mən Ilhamla irəli
Qaz kəsilir, işıq sönür yox baxan,
Diş qıcayıb zəhlə tökür pulyığan,
Təzək yapır divarlara Mil-Muğan,
Öz ömründən ömür verir Nurəli,
Necə gedim mən Ilhamla irəli
Mən deyirəm, haqq yoluna düz gələk,
Polis deyir açmalıyam yüz kələk,
Nəşə atır ciblərimə Dümbələk,
Məhkəmədə gözüm qalır bərəli,
Necə gedim mən Ilhamla irəli

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button