ArxivXəbər lentiXəbərlər

Naxçıvan İran və Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsi üçün münasib zəmindir

Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası İranla uzun sərhədlərə malik olduğuna görə, İranın sərhəd vilayətləri ilə ticarət əlaqələrinin genişlənməsi üçün münasib şəraitə malikdir.

Bu respublikanın Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə 163 kilometr müştərək sərhədi vardır və Qərbi Azərbaycanda Poldəşt və Şərqi Azərbaycanda Culfa sərhəd keçidləri bu muxtar respublika ilə əla ticarət əlaqələrinin qurulmasına şərait yaradıb.

Statistikalara əsasən hazırda gündəlik 1500-2000 nəfər Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi və Şərqi Azərbaycan vilayətləri arasındakı sərhəd keçidlərindən keçir.

Bu muxtar respublika ilə əlaqədar araşdırmada qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun İranla əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin yüksək potensiallarını vurğulaması fonunda bu muxtar respublika ilə hazırkı əlaqələr daha da genişlənməlidir.

Naxçıvan Muxtar Respublikasının İqtisad Nazirliyinin mətbuat şöbəsinin rəhbəri Çinarə Balayeva muxtar respublikanın İranla müsbət əlaqələrinə toxunaraq deyib: Elektrik, qaz mübadiləsi, elektrik istehsalı üzrə su bəndlərinin çəkilməsi, tranzit və nəqliyyat iki tərəfin digər iqtisadi əməkdaşlıq sahələrini təşkil edir və iki tərəf rəsmiləri tərəfindən əlaqələrin Naxçıvanla sərhəd İranın vilayətlərində sərgilərin keçirilməsi, müxtəlif konfransların təşkil olunması ilə genişləndirilməsi üzrə səylər davam edir.

İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Mənsur Ayrım da İranın bu respublika ilə ticarət dövriyyəsinin həcmini ildə 15 milyon dollardan çox olduğunu bildirərək deyib: Bu dövriyyənin əsas hissəsi çamadan ticarət çərçivəsindədir.

Gələn ildə ticarət dövriyyəsinin 50% artırılmasını vurğulayan Ayrım əlavə edib: İki tərəfin iqtisadi fəalları müxtəlif sahələrdə, xüsusiliə də tikinti və ərzaq sənayesi sahəsində əməkdaşlıq müqavilələrinin imzalanmasına təşviq etməsi, gömrük məsələlərinin sadələşdirilməsi, gömrüklərin fəaliyyət müddətinin uzadılması, Poldəşt sərhəd terminalının fəaliyyətə başlaması iki tərəf arasında ticarət dövriyyəsinin artırılması sahəsində həyata keçirəcəkləri proqramlardandır.

İqtisadçı ekspertlər İranın Naxçıvan Muxtar Respublikası ilə çamadan ticarətindən daha geniş iqtisadiyyat, o cümlədən iqtisadiyyatın genişləndirilməsi yolları üzrə proqramları elan edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button