ArxivIslamNardaranXəbər lentiXəbərlər

Natiq Kərimovun məhkəməsində şahidlər ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib

“Report”un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə şahid qismində Qurban Məmmədov, Cəfər Allahverdiyev, Azər Cəbiyev, Kiniyaz Mirəliyev, Elvin Bəşirov və Samir Məmmədov ifadə veriblər. Onlar dindirilərkən istintaqa verdikləri ifadələrini təsdiq etdiklərini söyləyiblər.

Məhkəmənin növbəti iclası aprelin 6-na təyin edilib.

N.Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 2016-cı il yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmin ilin yanvar ayının 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Qeyd edək ki, digər əməliyyat zamanı İ.Əhədov DTX-nın İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq ötən il yanvarın 27-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan İ.Əhədovun həbs müddəti bir neçə dəfə uzadılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button