ArxivIslamNardaranXəbər lentiXəbərlər

Natiq Kərimov və İnqilab Əhədovun məhkəməsi təxirə salınıb

Natiq Kərimov və İnqilab Əhədovun işi üzrə məhkəmə prosesi təxirə salınıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun işi üzrə məhkəmə prosesi təxirə salınıb. Bu barədə N.Kərimov bildirib.

Onun sözlərinə görə, məhkəmənin təxirə salınmasına səbəb dövlət ittihamçısı və onun müdafiəsi üçün dövlət tərəfindən təyin edilmiş vəkilin prosesə gəlməməsidir. Odur ki, hakim Əhməd Quliyev prosesi aprelin 20-nə keçirib.

Qeyd edək ki, məhkəmə istintaqı başa çatıb və bu gün prokurorun yekun çıxışı gözlənilirdi.

Natiq Kərimov 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı il yanvarın 19-da ev dustaqlığına buraxılıb.

(Turan)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button